userinfo close
Başqa söz deyiləm Azərbaycanam tüssüsüz yanıram köz arasında

Altay Karahanlı

altaymanas

مرد 32 ساله متاهل ، مشاهده پروفایل
4 سال و 11 ماه و 7 روز سن کلوبی ،
yalnız birisiyəm http://altay.azeriblog.com
 
  عنوان مطلب تاریخ ایجاد
1
1 دی 1387 ساعت 21:08
2
19 آذر 1387 ساعت 04:58
3
4 آبان 1387 ساعت 21:39
4
3 آبان 1387 ساعت 02:02
5
20 شهریور 1387 ساعت 00:57
6
20 شهریور 1387 ساعت 00:54
7
18 شهریور 1387 ساعت 21:04
8
18 شهریور 1387 ساعت 17:13
02:02 1387/08/3

Nüsrət Kəsəmənli


dörd il öncə 17oct2003 təbrizdə böyük şair Nüsrət Kəsəmənli dünyasını dəyişdi
onu heç zaman unutmayacağam. özü də peyvəndinin tutmayacağını bilirdi ama deyirdi `ölsəm də barı qoy Təbrizdə ölüm
o ŞAİR idi


rəhmətli Nüsrət Kəsəmənli

Oğru olmaq istəyirəm!


Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq ist
əyirəm


Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq  istəyirəm

 Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq  istəyirəm!

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

 İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!! 

99
کامنت بنویسید...
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.