Kurtlarla dans
Saat 3:30. KURTLARLA DANS bitdi, mən də bitdim
Yarın, daha doğrusu bu gün qurban bayramı tatil yanı. Bu üzdən də bu gecə uyumağı unutdum iki film izlədim.öncə
MƏŞDİ İBAD: AZtv. bu filmi 20 kərə izləmişəm desəm, yalan olmaz. Hər dönə də yeni bir zad alıram ondan. Şeyx sifət məşədi
Allaha and olsun budur qərarım
Qızı mənə qızı mənə gərək verəsən
Verməsən hərgah, eylərəm fəryad
Çün ki mən bir tacirəm baxmaram bəyə
çaxırçının belə pulunu verməyən sözdə AYDIN, qumarçı rüstəm bəy,beş abbasısına çatamayan yazıq hambal
məşədi bə mənim beş abbasım nə oldu
boynu yoğun ama pul qulu olan lotu vb. Ancaq onlar hamısı bir zada sayğılıdırlar, oda muğamdı, rüstəm bəyin evindəki qonaqlıqda muğam başlanır, hamısı susur, lotunun əlçisindən başqa, onu da lotu bir qapazla uyarır.çox maraqlıdı o düşüncədə həm də günü adam döyməklə keçən o lotunun, muğama verdiyi önəm.
O filmin hər anı mənim üçün bir öyüd, bir dərs və bir yenilikdi ancaq bu gecə yeni bir zad da tapdım. Keşkə elə yönətmənlər bu gündə yaşasaydı. Bilirsiniz ki bu film əslində rəhmətli Üzeyirin operasından irəli gəlib. Nağılın zamanı da mən bilən irminci yüzilin ilk illəridi. O zaman türkcəni ərəb alfabesi ilə yazardılar ancaq film1950-60da çəliklib.o illərdə isə çoxdan alfabe dəyişib kiril olmuşdu ama filmin sonlarına yaxın, sərvər saxta bir tapançayla məşədinin başına döyür və ona bir yazı yazdırır. Bu sadəcə bir saniyəlik görünür.məşədi yazır ama sağdan sola.yanı ərəb alfabesi ilə. əminəm ki o artist ərəb alfabesi bilmirmiş ancaq yönətmənin bu anlayışı və nağılın zamanında sağdan sola yazılmanı, unutmaması doğrudan da təqdirə layiqdi
İkinci film: kanalB, Kurtlarla dans رقصنده با گرگ
Bunu da beş-altı kərə izləmişəm
Bilirsiniz mənim əsliyyətim yanı atamgil, tüm türk dünyasında tanınan QARAXANLI-KARAHANLI elindəndilər. güney azərbaycanda, quzeydə də, türkiyədə də bu adı çox eşidəbilərsiz.habelə bu el anadoluda karahanlı adı bir devlət yaratmışlar və ilk kərə olaraq TÜRKCƏni rəsmi dil eləmişlər
Nə isə
Mən təbrizdə doğulmuşam ama o kurtlarla dans filmini izlərkən, öz elimizi anıram.biz də, bizim el də, bizim kümələr, atlar,ılxılar, dəvələr, lök-arvanalar, bığırlar, maydanlar,vərnilər də o qızıldərilər kimi itib getməkdə.
Bizim atalarımız da təbrizə köçüb yurdlarını, kümələrini və zəngin bir kültürü geridə bıraxıb gəldilər. düşünün sadəcə ipin düyünləməsi onbeş tür olan bir el, daha nələri yox ki. Dəvənin soyu, yaşı və cinsinə görə sadəcə irmi ad bulunan dilin daha nələri olabilər
Filmin sonunda QURDLARLA OYNAYAN kişi eşini də alıb eldən ayrılır.hərə bir pay verir ona. Qayanın başından sevdiyi qurd, uluyaraq dostunu yola salır.
Bir gün qurd olaraq,uluyaraq ya da ALTAY QARAXANLI olaraq dönəcəm öz elimə
Altay Karahanli.9december2008.4:20AM