userinfo close
Başqa söz deyiləm Azərbaycanam tüssüsüz yanıram köz arasında

Altay Karahanlı

altaymanas

مرد 32 ساله متاهل ، مشاهده پروفایل
4 سال و 11 ماه و 7 روز سن کلوبی ،
yalnız birisiyəm http://altay.azeriblog.com
 
20:48 1386/11/26

Ne’mətsə də gözəl şer,

Şair olan qəm də yeyir.

Ömrü keçir bu adətlə,

Uğurlu bir səadətlə.

Görən mə’ni nədir deyir:

Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
Şair, nə tez qocaldın sən!

 


  • ارسال کامنت(0)
99
کامنت بنویسید...
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.