bu gün ,daha doğrusu dünən azərin 21idi
doğrudan da fikirləşirəm ki görən bu kişilər kimidilər,pişəvərilə devtindəkilər kimidilər
azərbaycanın 100illərcə yetirdiyi bu beyinlər bir günün içində nə də rahatcasına asılıb-kəsildilər,ya seyid cəfər və sohrab tahir kimi sürgün(təbid) oldular,ya da səfərxan kimi dustaq(zindan)landılar
biz azərbaycan türkləri bu kişilərin ovladlarıyıq?axı mən bina inanabilmirəm.onların qeyrətləri və qeyrətlərindən daha çox düşüncələri bizlərə gəlib çatmayıb
bu günkü durumumuz 10 il qabağa göra çox irəli olsa da məncə heç də yaxşı deyil.bu xaraba ortadoğu(xavərmiyanə)nun durumuna baxıqda,deyirəm ki bizə hər nə gərəkir(lazimdi)ama bizim heç nəyimiz yox
hər zaddan çox dışarı(eşik)da güclü bir təşkilat ki neçəsi var ama onalrın arasında birlik yox
Quzey Azərbaycanda güclü və demokratik bir devlət ki bu bir dana heç də yox .özəllik(xususən)lə bu Əliyev şahlarının əlində olan bu ölkə gündən-günə irəli gedib, zənginləşsə də ama azərbaycan xalqının savadlanmasına qarşı dılar.neyləmək diktatorların da sayağı budu
içəridə xalqımızın oyanışı özəlliklə bu yaxın illərdə yaxşıdı ama yenə də kürd və erməni sorununa baxanda, biz çox dalı qalmışıq
Güclü mediya ama qorxarım bu da ...Günaztv də az çox var ama ona da ulaşmaq zor.iran içində dəki mediyaları da deməsəm yaxşıdı
Dünən bir konsertə getmişdim.gərçəkdən sevindim
musiqi grupu gec gəldi ama gözəl oldu.xırdaca bir qız çıxdı neçə dənə şer oxudu.elə coşdurdu ki camahatı.o qızın atasına giciyim gəldi.tehranda yaşıyasan ama uşağıva bucur tərbiyə verəsən,gərçəkdə eşq olsun onun ata anasına.onların daşı düşsün türk uşaqlarıla parca danışan ailələrin başına
o duzlu qız şəhidlərə gora bir şer oxudu səid muğanlıdan və nemət vuqardan da bir şer oxudu.nemətin şeri lap mənim ürək sözüm oldu:KÖNLÜMDƏ TƏK BİR SEVGİLİM VAR O DA AZƏRBAYCANDI
bir xırda qıza da gələnəksəl(sünnəti) paltar geydirmişdilər.xalamın yadına düşdüm axı o qız elat paltarı geymışdı və şamaxı da örtmüşdü
aparıcılardan biri parsıdı.çıxdı dedi ki bağışlayın mən azəri bilmirəm ki biz də hoyladıx dedik azəri yox türkü o yenə də tikrarladı ama neçə kərə bu işi gördü sonunda azərbaycanı dedi ama köpeyoğlu türkü demədi.həmmə özü də bildi nə pox yeyib,başladı yaltaxlanmağa
musiqi qrupu gəldi, neçə mahnı da oxundu ama mənə daha çox yapışan məhzuri adlı bir vokalistin senə çıxmasıdı.londonda yaşırmış və 15 il orada çeşidli dillərdə opera oxuyub dedilər
orda ayrılıq,evləri var ay aman xana xana və yalqızam yalqızı oxudu.sağolsun onu tanımıram ama öz sənətini iyi ifa etdi.hətta bir an Rəşid Behbudov ilə Lütfiyarın yadına düşdüm.neyliyim vokal eşqımdı
sonara neçə mahnı da oxundu və sonunda qarabağ şikəstəsi ilə azərbaycan mahnısın oxudular,tabi ki hamı da qalxdı ayağa və birgə oxundu
çox depresidim ama bu verliş məni toparladı bir az.şarj oldum
nə isə yenə labratordayam ether qoxusu hər yeri bürüyüb.hüşdən getməmiş bu yazıları qurtarmalı və tükan-bazarı bağlamalıyam
Qızıldan olsa qəfəsim,Azadlığa var həvəsim