__
لیست دوستان :: 16
لیست کلوب ها برای هیچکس مقدور نمی باشد.
اطلاعات ارتباط برای دوستان مقدور می باشد.
اطلاعات شخصی برای دوستان مقدور می باشد.
لیست توصیفنامه ها
3 مهر 87 - 13:53
QÜRBƏT-VƏTƏN Anamız birdirsə Vətən də birdir Nə ana, nə Vətən iki olammaz. Qürbətdə tapdığın xeyir də şərdir Qəlbin bu xeyirdən isıqlanammaz. Qürbətin xeyrinə ay aldanan kəs, Vətənin şərinə kim ortaq olsun? Vətəni özünə qürbət sanan kəs Sənin anan ölüb, başın sağ olsun! Hamı həşirdədir güzəranıyla Ceyran belindədir bir loxma əppək. Ana yaralıysa, oğul qanıyla Onun yaraları yuyulsun gərək. Yediyim, içdiyim dərddi, qəmdisə Neyləmək? Bu ocaq, bu yurd mənimdir. Göz yaşım axan yer qürbətimdisə, Qanım axan yerlər, öz Vətənimdir. Harda olursan ol, qəlbin fəhmi var Səni torpaq çəkər, səni qan çəkər. Qürbətdə Vətənçin gözü yaşlılar Vətənin naminə canindan keçər
__