Güney Azərbaycanlıların Urmu Gölü ilə bağlı ayaqlanmaları və təhsil ocaqlarının açılması ərəfəsində Tufarqan (Azərşəhr) şəhərində divarlar üzərində milli şüarlar yazılıb. Divarlar üzərində “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Öz dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Haray Haray mən türkəm”, “Yaşasın Azərbaycan”, “Azərbaycan canımdır – Urmu Gölü qanımdır” və … kimi şüarlar yazılıb. Qeyd etdiyimiz şüarlar, müxtəlif divarlar o cümlədən Ətraf mühit idarəsi, İslami Təbliğat İdarəsi, Məktəblər və … kimi dövlət orqanlarının divarları üzərində görünməkdədir.
http://sarabport.wordpress.com/2011/09/18/tufarqan-azərsəhr-divarlari-milli-suarlarla-bəzədilib/ | |
|
|