userinfo close
  ,

ترکان ایران


turks

تاسیس: 11 فروردین 1385  پروفایل کلوب
مدیر کلوب: قدرت عیبی یوخ - معاونان
ایران تورکلری کلوبونون یازی دیلی تورکجه دیر( بو کلوبون عنوانینا گوره ، اویغون مقاله لر فارسجادا اولا بیلرلر )
 

لیست بحث ها

  عناوین بحث ها ارسال کننده پاسخها بازدید بروز رسانی اولویت
415
756
90/11/9 (09:17)
108
1085
90/11/16 (10:05)
68
203
90/11/16 (08:09)
3
8
90/11/9 (09:23)
67
288
90/9/19 (12:52)
0
3
90/9/5 (08:38)
1
10
90/9/2 (18:21)
4
11
90/8/7 (15:32)
2
14
90/8/2 (12:36)
12
105
90/7/16 (11:06)
2
9
90/7/3 (11:40)
4
36
90/6/29 (19:54)
37
150
90/6/23 (09:47)
0
6
90/6/14 (15:38)
29
183
90/6/9 (15:06)
6
47
90/6/7 (09:50)
5
39
90/6/2 (10:23)
0
16
90/6/1 (18:33)
0
8
90/5/16 (11:40)
10
31
90/5/8 (10:29)

عنوان بحث

امیرحسین ب , xazar
امیرحسین ب - 02:57 1388/03/11

نه دن هئچ بیریمیز تورکو یازماق ایسته میریک؟


 

 

نئچه دیل بیله ن، نئچه اینسان دیر


آنا دیل بیلمه ین، نئجه اینسان دیر؟

 

 


تاســوف له، بیزلر


فاســـجا یازیریق،


فاســـجا اوخوروق،


فاســـجا سئویریک،


فاســـجا سئوینیریک،


بونلارداندا پیس راق:


« فاســــجادا دوشونوروک! »


بو آرادا بیلیرسیز، آنا دیلیمیزی هارا آتمیشیق؟!


.


. .


. . .



بو بحثی، آتاسی اؤلموش آنا دیلیمیز ایچین آچمیشام!






 

گلین اوتانمایاق،


بوردا بیزه هئچ کیم گولمه یه جک!


یازیلاریمیزا هئچ کیم نومره وئرمه یه جک!


دوز اولوب، اولمامادیغی ایچین، هئچ کیم بیزی وورمایاجاق!


 

 

یولداشلار!


گلین نئجه یازیریق یازاق!


لاتینجا یازیریق یازاق،


عربجه یازیریق یازاق،


داغدان یازیریق، یازاق


باغدان یازیریق، یازاق

 

 

 

 

آنجاق تورکو یازاق


و اؤزوموز یازاق

 



 

یاددا ساخلامالی ییق کی:

 


 

آنا دیل بیلمه ین اینسانا


آنا سوتو حرام اولمالیدیر




 

گلین بوردا یازیب گؤسته رک، آنا یوردومورزو و اؤزللیکله، آنا دیلیمیزی، نئجه سئویریک!

 

 

پاسخ ها

ترتیب پاسخ ها : از اولین پاسخ
جکی جان , bayraq
جکی جان - 23:01 1388/03/19
16

 

 

یوللار قورخولودور" قیرخ حرامیلر"

پوسقولارا یاتیب كروانی گؤزلر

یورقونلار، ییخیلدی، قالدی، تؤكولدو

یاتما یول یولداشیم، یاتانلار اؤلدو.

بولود قاراچورلو" سهند"

بو گونلر سئچكیلر باشلاری چوخ قاتیب قاریشدیریب.

كیمینله دانیشیرسان. موناظیره لردن " اوز باری" لاردان دانیشیرلار

پته لرین داغیلماسیندان دانیشیرلار

آی بالا،‌ آز چابالا. سن آختاران شی، چتین  تاپیلا.

آخشام ایشدن ائوه قاییتماق ایستیرم. یولوم حوض قیراغیندا دوشور. اوردا بیر "ستاد" وار میر حوسنی ركلام ائدیر"

بیلمیرم ندن اؤزوم ایستر ایسته مز اونون سیتادینا ساری چكیلیرم.

فیكریز آیری یئرلره گئتمه سین. گؤزل بیر خالق ماهنیسی آچیبدار.

شهرین قالابالیغیندا یاشا آزربایجان سسلنیر.

یورغونام، سحر باشیندان آیاق اوسته یم. آنجاق تابتاجالانیرام. بیر آز اوستلوق بیر آیری ستاد وار. اورد احمدی نژادی ركلام ائدیرلر. ایران آدلی اؤلكه نین بایراغی یئللنمكده دیر. اوردا باغلاما چالدیریرلار. نه گؤزل سسی وار بو باغلامانین. سس بیر آن كسیلیر. احمدی نژادین سسی دیر كی آزربایجانی گؤیلره قالدیریر. سانیرام ایستیر بو سؤ‍زو دئسن

تانری یئرلری، گؤیلری ، كول عالمی تكجه آزربایجان اوچون یارالدیب. آزربایجان اولماسایدی اونلاری دا یاراتمازدی. سیتادین قاباغیندان كئچیرم. باشیمی یانا چكیرم یئللنن ایران بایراغی منیم باشیما سورتوشمه سین " باش آغریسی" گتیره بیلر.

بیر آزدا تبریز خیاوانیندا یوخاری گئدیرم. بیر سیرا گئنج آدام، دوزولوبلر سیرایا، هر یانلاری یاشیل بویانیب دیر. اللرینده بیر اوزون پارچا آپاریرلار. اوستونده تراختورون اوستون لیگه گئتمه سینی تبریك ائدیبلر.

نه گؤزل.

 بیر قیز منه بیر رسیم وئریر. آی جان

اؤلمه دیم قالدیم...

رسیمین اوستونده یازیلیب " میر حوسن موسوی آزربایجانین لایق اوغلو" لاییق سؤزجویونه گولورم. بیلمیرم ندن آلدانا بیلمیرم. یوخسا آلدادا بیلمیرلر. رسیمین دالی آغ آبباغ بوشدو. بیر فیكیر باشیما دوشور. قارداشیمین بوگونلر ایمتاحانلار زامانی دیر. تمرین حل ائتمك اوچون چوخ گؤزل صحیفه لردیلر. هم بؤیوك ، هم ده آغ آبباغ. بئله قرارا گلیرم، پوستر وئرمه سلر ده اؤزوم آلام. بیر آزدان بیلیرم هانسی كاغاذلار درده دیندیلر. قوجاغیم دولودو كاغاذلارینان. چوخو احمدی نژادین پوسترلریدیر.

یانیمدان بیر كیشی اوز گؤزو یام یاشیل مینم پوسترلریمه باخیر گولمیین ساخلایا بیلمیر.

شهر چوخ قالابالیق دیر. سانكی محرم آیی گلیب چاتیب.

میللت ده یاخجی ایلنجه تاپیب.

بیردن قالابالیغین آراسیندان بیر كز یاشاسین آزربایجان سسینی ائشیدیرم. قولاغیم آت قولاغی كیمی سسه ساری دؤنور. سس داها دوام ائتمیر.

یورغونام و قوجاغیم دولو كاغاذ، ائوه دؤنورم. بیردن ساهاتا باخیرام آز قالیر 9 اولسون"‌ وای جومونگو باشلادی"

یولدا آتامین سؤزونه فیكیرلشیرم " جومونگون فیلمینی كوراوغلو داستانیندان گؤتوروبلر"  كیشی دوز دئمیش. جومونگون چنلی بئلی، همن داغلار و دلی لری همن دامول دور.

ائوه چاتینجا جومونگ یاریا یئتیشیب دیر. من ركلاما چاتیرام.

چوخ یاخجی اولدو. دوروب اؤزومه چای توكورم.

 

دا ....

جکی جان , bayraq
جکی جان - 14:55 1388/03/19
15

 

 

دیلی یازیب یاشاتمالییق

 

 

 

قدرت عیبی یوخ , sahlan_a
قدرت عیبی یوخ - 21:34 1388/03/17
14

سلام

 

بوتون دوستلاردان چوخ چوخ تشكور ائدیرم. تئزلیكله منده بحثلریزه قاتیلجاغام ، اینشاءآلله.

 

 ساغ اولون

امیر یازمیرم , hancoban
امیر یازمیرم - 21:10 1388/03/15
13
Salam Amir Huseyin cinablari   Eziz qardash men siz yazdigim kelimede  ilk cumleleri Amir huseyin'e xitab yazmisham ama ashaghidakini oxuyuculara!

Siz eger neden turku yazmirlar diye bir sorgu achirsiniz, ozaman cevap dalisindasiniz demekdir! mende bele demeq istedim ki bizim dildashlarimiz ichlerinde hele ozlerini bior turk olaraq butun anlamiyla qebul elemiyipler! bu zaman aparacaq, ve lutfen siz ( Amir huseyin ) ya bashqa dostlarimiz ( Yagmur) hech kimi tene ile dindirip acili sozler demesinler, biz bir oyanish merhelesini gechirtmekdeyik! siz ozuyuze baxin a dostlar! Amir huseyin' senin 26 yashin olmalidi! siz neche ildi turku yazirsiniz? yeqin 19 il ancaq sizi hamini ozuyuzle qiyaslamayin! her gun turku dilinde yazanlarin sayisi choxalmaqda ve her gun ozlugune kimligine deyer verenlerin sayi artmaqda! Lutfen gelin dilimizi sevdirerek onun gozelliklerini deyerini , derinligini anladaq hamiya, ne ki bezilerini sancilanmaqa mehkum eliyek!

Eziz dostlar belke siz bir ish sahabi olasiniz! bu yolu deyil!!! bizim dilimizin toz basmasi da ele bundandir!!!

Birde o dostumuza yaziram ki, yazip dir:

Ancaq bir sösünüzə əsla qatılmıram. Siz yazmışsınız ki bizlər necə yazırıqsa  yazaq, yani hansı ABC (əlifba) ilə yazırıq  və yazımızda nə qədər yanlışlıq olursa olsun, bu önəmli deyil və önəmli olan budur ki yazılarımız türkcə olsun!  Baxın hörmətli qardaşım, bu söz kəsinliklə düz deyil.

Men deyirem ki bu soz kesinnikle duzdur!!!!

Hech ushaq dil achanda kelimeleri duz diye bilmez hech belke herfleri bele qarishdirar!!!

hamida bu imkan yoxdu ki sinavlar gechirdikten , egtim aldikdan sonra gelip yazsin buraya!

Yazin, bacardiginiz qeder ile yazin, istanbul turkcesinde, yoxsa Ereb alifbasi ile yazin......

Amir huseyin bey, Dilimizi sevdrirmege chalishin ve ellerini var olsun

Yagmur' sizde lutfen hech kimi qinamayin! bizim hech birmizin ana dilmizde savadimiz yoxdur! sen mekteb medrese gormeyen ama yazip oxuyan birisine rast gelsez! onu qinamamalisniz!

 

یاغمور یاغار , yagmur07
یاغمور یاغار - 13:58 1388/03/14
12


 

görünür hamı öyrənib qolay yolu seçməyə

 

Burada bağırıb Türkəm diyə haray salanlar belə Türkü yazmaq İSTƏMİRLƏR

 

Zorlarına gəlir

 

Gəlib çoooox gözəl sözlər tapıb yazırlar türklüyə görə ancaq elə onu da Türkcə deməyə çalışmırlar

 

 

İT dən Qurddan, su dan havadan yazanda da belə Farsca yazılır

 

Allah bizim bu türkcə şairlərimizi bizə çox görməsin, Yanlız Türkcə yazmağı o şeirləri buraya copy eləməqdə bilirlər uşaqlar

 

Çox Türk Türk deyirsiz, o Şairlər kimin də olmasa başarın SÖZLƏRİZİ ÖZ DİLİZDƏ DEYİB YAZASIZ

 

YAŞA ƏMİR BƏY

 

Sözün məmməd qulusu budur::: bizimkilər sancılanarlar Türkü yazsalar

 

Heyifləri gəlir öyrənələr

 

Vaxtları çoooooxxxxx azdı TÜRK dilinə zaman ayırmaq heç olar??????


امیرحسین ب , xazar
امیرحسین ب - 22:36 1388/03/13
11
نقل قول از : ...... ........

Sizin axdardiginiz sebeb oz yazilarinizda saxlanir!
tekrar diqet ile oz yazdiginiz cumleleri oxuyun, size komek etmeq ucun cumlelerinizden birisini size yaziram

  siz ( turk milleti) utanana qeder ya ki  size dilinizi danisirsaniz gulecekler diye dusunurseniz hec birzaman dilinize sahab cixa bilmiyecexsiz
Once millet ozlugunu tanimalidir.
Bizim guney azerbaycanda ya Iranda yasayan turklerimizde Turkluk qani quruyupdur!
Dilleri turku olsada ozlukleri, beyinleri turk deyil
sag ve salamat yashayin

selam

siz hec bildiz men ne demek isteyirem?

mene gorsetmelisiz ki:

men harda demisem turku danisan insana gulecekler?!

menim 8 inci postumu oxuduz ya yox?

men bu sozleri kimler icin yazmisam?

o insanlara ki QURD sekilin ozlerine secibler,

ancaq hec Turku yazmirlar!

onlar ki can can azerbaycan deyirler,

ama bir cumle turku yazmirlar!

onlar ki fas dilini, ereb lehcesi sayirlar,

ancaq bu dilden basqa ayri dile yazmirlar

turk dilini duva sedeqe diri saxlamaz!

bunu isteyib istemesez, bilmelisiz



demeyin bacarmirlar turku yazsinlar

yox qardas, yox!

istemirler turku yazsinlar



امیر یازمیرم , hancoban
امیر یازمیرم - 19:37 1388/03/13
10
Sizin axdardiginiz sebeb oz yazilarinizda saxlanir!
tekrar diqet ile oz yazdiginiz cumleleri oxuyun, size komek etmeq ucun cumlelerinizden birisini size yaziram

گلین اوتانمایاق،


بوردا بیزه هئچ کیم گولمه یه جک!


  siz ( turk milleti) utanana qeder ya ki  size dilinizi danisirsaniz gulecekler diye dusunurseniz hec birzaman dilinize sahab cixa bilmiyecexsiz
Once millet ozlugunu tanimalidir.
Bizim guney azerbaycanda ya Iranda yasayan turklerimizde Turkluk qani quruyupdur!
Dilleri turku olsada ozlukleri, beyinleri turk deyil
sag ve salamat yashayin
قارتال   , yag_yagmur87
قارتال - 16:35 1388/03/12
9
Salam hörmətli Əmir hüseyn cənabları.Çox sevdim bu gözəl qonunu , gerçəkdən biz hamımız öz dilimizə dəyər verməliyik , özəlliklə teknoloji dünyasında hər şey dəyişmək üzərində olaraq , bu dilin yazılması gərəkir.Çünkü yazılmayan dil unudulur.Hangı dil insanın qafasında qalıb yazılmasa , insan ölürsə o dildə ölür.Ama dilimizi tam klasik və doğru şəkildə yaymaq üçün və gələcək nəsillərə ərməğan etmək üçün onu yazmaq zorundayıq.
Sayğılarla
امیرحسین ب , xazar
امیرحسین ب - 23:41 1388/03/11
8

سلام دوستلار

سؤزلریزدن چوخلو فایدالانیدم.

هامیزین اللریز آغریماسین.



حؤرمتلی آتابی قارداشیم

و عیصمتلی پریسا باجیم.

منجه دوستلارین، تورکو یازمادیقلاری بو اولا بیلر کی:

قورخورلار یازیلاریندا یانلیش اولسون.

بیلمیرلر کی آلماق دوزدور، آلماخ دوزدور، یا دا آلماک.
 
دوزدور کی بو قورخونو یئره تؤکمه لیدیلر.

آنجاق هر ایشین باشی چتین دیر!

اونا گؤره منجه:

« بیر ساده تورکو جومله اون یانلیشینان،

بیر صفحه یانلیشسیز فارسجا یازیدان، یاخجیراق دیر.!»

او سؤزلریمی، بو باخیشدان دئییره م.


 



یاغمور یاغار , yagmur07
یاغمور یاغار - 22:48 1388/03/11
7


Dərin saygılarımla hamınıza


yaşa Sevda başla öyrənməyi

 

Gözəl sözlər yazırsınız hamınızın ağzına sağlıq. Yaşamalısız

 

Səccad bəy, niyə cloobda olmasın???? əlimizdən tutublar? Ya boynumuzdan asıblar. Vallah məni assalarda bu dildə yazıb oxuyub danışmaqdan vaz keçmənəm.

 

Yazmalıyıq, oxumalıyıq. Buna Alışmalıyıq.

əlimiz, gözümüz buna alıçmalı.

 

Odlar Qızı gözəl deyirsən, hamı öyrənməli.

Bilirsiz uşaq Anadan olandan 6 il zamanı var ki başlanqıcda dilin deyilişini çox sadəsini ki bir sadə yaşamda işlədilir öyrənsin.

 

Sonar məktəbə gedib o sözləri özüdə düzgün kağaza gətirir.

Buna əmək gərəkir. 12 il azından.

 

Ancaq bizlər indi o uşaqlardan da əskiyik . hamı yox.

 

Dili bilənlər, düzgün yazmayı öyrənməyə dirənmələri gərəkir.

 

Bilməyənlər öncə bu dili öyrənməli. Uşaqlar kimin.

 

Buna da gərək yazalar. Düzgün yazmaya çalışarkən necə yazırlarsa yazsınlar ancaq çox çalışmalıdılar ki yetirsinlər düzgün yazma sınıfına.

 

Buna yorulsalar da dirənməlidilər. ancaq bu gərəyə yetirməlidilər ki çabalamaya gərək görsünlər.

 

Gərək bunun necə önəmli olmasını önəmsəsinlər

 

Biz də oları bu gərəyə yetirdirməyə çabalamalıyık

 

əlimizdən gələnə qədər


آتابای سوی تورک , atabak_yanliz
آتابای سوی تورک - 22:38 1388/03/11
6
salamlar
gözəl bəhs açıbsız sizə təşəkkürümü bildirirəm ama məncə bir yanliş var sizin bu qonunuzda oda budur ki yazıbsız biz nəcür yazsaq yazaq yanıi dürüst ya yanliş yazsaq sorumu yoxdur ama bunu qəbul etmirəm biz çalışmalıyıq ki düz və doğru yazmaqı öyrənək və ana dilimizin nə qədər ulu və dərin və sevimli olmasını hammıya göstərək əyər yanlış yazsaq bu işi bacarmıyacayız
hələlik
gələək bizimdir
بارون  , yanlz_86
بارون - 22:20 1388/03/11
5

men istiram chokh cokh istiram

 

اودلار قیزی آ , perisa
اودلار قیزی آ - 22:13 1388/03/11
4

Səlamlar

!Amir hüseyn bey

 öncəliklə bunu deməliyəm ki tartışmaq üçün olduqca gözəl bir qonu seçmişsiniz və buna görə də sizə təşəkkür edirəm. Ancaq bir sösünüzə əsla qatılmıram. Siz yazmışsınız ki bizlər necə yazırıqsa  yazaq, yani hansı ABC (əlifba) ilə yazırıq  və yazımızda nə qədər yanlışlıq olursa olsun, bu önəmli deyil və önəmli olan budur ki yazılarımız türkcə olsun!  Baxın hörmətli qardaşım, bu söz kəsinliklə düz deyil. Bizlər iki səbəbdən dolayı öz dilimizi ( Ana dilimizi ) ən doğru bir şəkildə yazıb və oxumalıyıq. o iki səbəblərdən biri budur ki hər insan Ana dilini hər yolunan olursa olsun düzgün və doğru öyrənməlidir niyə ki bu  bizim ən başda öz Anamıza sonra da doğma vətənimizə olan sayğı və sevgi  borcumuzdur.  İkinci səbəb isə, hər millətin Ana dili onun kimliyi və özlüyünün simgəsidir (Səmbol).  Hər  millət Ana dili ilə vardır, yaşayır və tanınır. Elə buna görə də  öz dilini biganə və özgə sözcüklər  yani ( kəlmələr, luğətlər-dən ) ha belə hərflərdən arındırmalıdır. Biz Türklər  başardıqca öz dilimizdən ərəbcə,  ingilizcə və ya hər hansı dilin kəlmələrini və həflərini silib atmalıyıq. Bizlər Türkük və əsil Türkcəmizdə yazıb, oxuyub, ona sahib çıxmalıyıq

Sayğılarımla

یاغمور یاغار , yagmur07
یاغمور یاغار - 08:20 1388/03/11
3

 

Səlamlar Gününaydın olsun.

Yaşıyasan qardaş. Ancaq bir bax elə mən də boğazımı yırtıb bunu deyirəm. Kimsə yazmağı başlamır. Cloobda bir sən bir mən bir də neçə başqa tanınanlar türkcə yazmayı seçiblər.

 

Başqaları ancaq ki gəlib göz atıb keçirlər.

 

Istəmirlər. Bu dilin daha önəmi yoxdur olara. Hamı çox bağışla ancaq ...boş adamlara dönüb.

 

Nəysə yetərincə türkyəlilər deməli sinirlərim təpəmdədir.

 

Yazıqlar olsun hamıya


کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.