| عناوین بحث ها | ارسال کننده | پاسخها | بازدید | بروز رسانی | اولویت | |
|---|---|---|---|---|---|---|
|
|
190
|
212
|
91/3/6 (21:15)
|
|
||
|
|
1475
|
2846
|
91/3/11 (08:05)
|
|
||
|
|
48
|
224
|
91/3/1 (16:50)
|
|
||
|
|
36
|
361
|
91/2/9 (21:23)
|
|
||
|
|
16
|
208
|
91/2/9 (21:20)
|
|
||
|
|
42
|
232
|
91/1/9 (10:23)
|
|
||
|
|
17
|
177
|
90/12/17 (07:18)
|
|
||
|
|
21
|
324
|
90/12/17 (07:16)
|
|
||
|
|
243
|
571
|
90/12/2 (18:49)
|
|
||
|
|
134
|
305
|
90/12/1 (14:45)
|
|
||
|
|
20
|
195
|
90/11/6 (01:06)
|
|
||
|
|
14
|
314
|
90/9/10 (14:34)
|
|
||
|
|
2
|
85
|
90/3/23 (09:18)
|
|
||
|
|
5
|
119
|
89/12/16 (08:23)
|
|
||
|
|
16
|
289
|
89/8/6 (22:56)
|
|
||
|
|
6
|
86
|
91/2/9 (21:38)
|
|
||
|
|
50
|
439
|
91/1/21 (20:01)
|
|
||
|
|
1
|
9
|
91/1/11 (17:09)
|
|
||
|
|
23
|
147
|
90/11/6 (01:15)
|
|
||
|
|
7
|
67
|
90/5/20 (02:11)
|
|
| 71- یاللی((Yallı |
| 71- Yallı: Azərbaycanda geniş yayılmış çox qədim kütləvi rəqsdir. "Yallı"nın ilkin, ibtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olub. Belə mərasim təntənələrində onlar ilahiyə çevrilmiş oda ibadət edərdilər. "Yllı" aram, ağır tempdə gedən hissə ilə başlayır və cəld səslənən, qaçış addımları təsvirində qurulmuş yəyin tempdə qurtqrır. Azərbaijanda yuzlər nov yalli var. |
| 71- Yally [a name]: It is a very old, humanity and very custom dance in Azerbaijan. At first times, it was performed in form of traditional celebration around of fire which was sign of heat, light and warm food. In this traditional celebration, they worship fire as a goddess. Yalli is started with slow and heavy speed and is finished in fast speed and with fast steps in form of running. There are hundreds kinds of Yalli in Azerbaijan. |
| 72- یئرلی رقص(Yerli rəqs) |
| 72- Yerli rəqs: Zagatalada, Gax, Balakən rayonlarında ən geniş yayılmış rəqsdir. Qaytağı ritmindədir. Onun melodiyası bir neçə hissədən ibarətdir. |
| 72- Yerli raqs [ethnic dance]: It is the most popular dance in Zagatala, Gakh and Balakan areas. It has a Gaytaghi rhythm and its melody is consisted of several parts. |
| 73- یوز بیر(Yüz bir) |
| 73- Yüz bir: mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqsdir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. |
| 73- Youz bir [101]: It is a very popular dance and is performed inclined to musical composition. Its speed is a little fast and it is performed of different and sensational movements. Men and women can perform it. It was very celebrated at past but at present it is performed rarely. |
| Ref:Hasanov, kamal, "GƏDİM AZƏRBAYCAN |
7
15
دی 1387 ساعت 20:03| 61- مجسمه(Mücəssəmə) |
| 61-Mücəssəmə: Cunubi rayonlarda vaxtilə çox məşhur olan rəqsdir. Rəqsi əsasən qocalar ifa edirlər. Aram aram davam edən sədası altında ifaçı dövrə vurub, əlləri və bədəni ilə muxtəlif biçimli hərəkətlər edir. Birdən musiqinin sədasi kəsilir. Rəqqas bir anda həmin fasilə ilə rastlaşdığı pozada hərəkətsiz durur. Əgər o, tamaşaçıları guldurmək istəyirsə, onda qəribə bir pozada qalmağa çalışır. "Mücəssəmə" yalnız kişi rəqsdir, onu qadınlar oynamırlar. |
| 61- Mujassama [statue]: It was famous in the south areas in own time. In origin this dance is performed by old men. Executive-inclined to slow music of dance- starts to turn round and does different movements with his body and hands. Suddenly, music is cut, so the dancer stops too [if he wants to make laugh the people, he tries to stop in the most wonderful state]. This dance is performed only by men. |
| 62- میصری(Misri) |
| 62-Misri: Marşa bənzər ahəngli instrumental aşıq melodiyasıdır. Bu rəqsdə gərgin, məğrur, bir qədərdə çətin, çox vaxt birdən və küylü, diqqəti cəlb edən hərəkətlər icra edirlər. Rəqs, xususən Şəkidə, Zaqatala və qarabağda çox məşhurdur. Rəqsin tempi cəld və sürətlidir. |
| 62- Misri [of Egypt]: Its melody is like March music which is melody of Ashig [hawker singer]. Movements of this dance are pressed and heavy, proud, a little difficult, in much time fast and attractive. This dance is very famous especially in Shaki, Zagatala and Garabagh. Its speed is fast. |
| 63-میرزه یی(Mirzəyi) |
| 63-Mirzəyi: Azərbaicanda elə bir rayon yoxdur ki, orada "Mirzəyi" sevilməsin, hər toyda hər şənlikdə çalınıb oynanılmasın. Bu rəqsi həm kişilər həm də qadınlar ifa edirlər. "Mirzəyi" qədim rəqsdir. Qarabağli ney çalan mirzəyi tərəfindən təqribən 1860-70 inci illərdə yaranıb. Müəllif rəqsə öz adını verib. |
| 63- Mirzayee [a name]: You can't find an area in Azerbaijan that the people don't like this dance and don't perform it at marriages and celebrations. This dance is performed by women and men too. It is an old dance. It is almost made in the years 1860-70 by a Pipe player from Garabagh by the name of Mr.Mirzayee and the composer put his name on it. |
| 64- میرواری(Mirvari) |
| 64-Mirvari: Bu rəqs 30-uncu illərin əvəllərində yaranıb. Son dərəcə melodik və qəşəng rəqsdir. Bu rəqsi yalnız qadınlar oynayırlar. |
| 64- Mirvari [pearl]: This dance is created in the years 1930. It is an extremely melodious and beautiful dance. It is performed only by women. |
| 65- نازنازی(Naznazı) |
| 65-Naznazi: İncə və süzgün qadın rəqsidir. Mülayim, gözəl bir neçə yerində tremola ilə səslərin sürətli təkrarı ilə zənginlənmiş melodiyadır. Bu tremola ifaçiya bir nov yerindəcə dönmək momentlərini yana salır, onlara zərif oynama, dövrə boyu süzgun yerişli və ya düzünə irəliləyişli incə hərəkətlər etmək imkanı verir. |
| 65- Naznazi [a name]: It is an elegant and flowing dance which has designed for women. Its melody has become rich with fast repetition of mild and nice voices and partly with tremor of voices. These tremors inspire to dancer a fixed instantaneous rotation and at the same time, it makes ready an elegant dance and walking with coquettishness or doing elegant direct movements for them. |
| 66- واغزالی(Vağzalı) |
| 66-Vağzalı: Son dərəcə zərif, ürəyə yatan məlodiya, incə yumuşaq hərəkətlər bu rəqsi xalq arasında daha geniş yaymışdır. Toy olmur ki orda "Vağzalı" eşidilməsin. Çox qədim rəqsdir. Hazırda bu rəqs melodiyası gəlin adamlarını muşayiət edir. "Vağzalı" rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ, süzgün, axıcı hərəkətlərlə oynamaq lazımdir. |
| 66- Waghzali [a name]: This dance is very popular between conmen people for its very elegant and desirable melody and its elegant and soft movements. You can't find a marriage which this dance isn't performed in it. At present the bride's family plays this music in marriages. |
| 67-وئلاچولا(Velaçola) |
| 67-Velaçola: 1920 inci illərində Lerikin yaxınlığındakı Velaçola kəndində yerli musiqiçi tərəfindən yaradılıb. "Velaçola" nın musiqisi o qədər oynaq və gözəldir ki çox çox uzaqlara yayılmışdır. Rəqsin ifası aram tempdədir. |
| 67- Welachoula [a name]: It is created in decade of 1920, in the near of Lyric, by a composer who lived in "Welachoula" village. For its sensational and very nice music, it is become popular in the remote areas. It is performed slowly. |
| 68- هالای(Halay) |
| 68-Halay: oxuma və əlçalma ilə muşayiət olunan eyni tipli rəqslərə verilən umumi addır.Bu mahnı əvvəlinci halında aydınca əmək xarakteri daşıyardı. "Halay" sözü məhsuldan danışır, çox zaman ağır zəhmətli, uzun müdətli işi ifadə edir. "Halay" Astara-Lənkiran zonasında və ondan bir qədər şimalda bundan əvvəl meydana gəlmişdir. |
| 68- Halay [a name]: Halay is a general name for dances which are performed inclined to song and clapping. At the first stages, this song was openly indicant of specifications of dances which are about livelihood. Halay talks about crop and is indicant of abundant trouble and long time work. It is created in Astara area -Lankaran- and a little fond of north of this area. |
| 69-هئیراتی(Heyratı) |
| 69-Heyratı: özünün marşsayağı ritmi və ifa tərzinin müxtəlifliyi cəhətdən diqqəti cəlb edən qədim mənşəli maraqlı rəqsdir. "Heyratı" vaxtilə Gəncədə çox geniş yayılmış rəqs olub. Cavanlar "Heyratı" musiqisinin ahəngilə uyğun rəqs oyunu düzəltmiş və onu "yallı" adlandırmışdılar. Rəqsin mərdlik, cəsarət ifadəli xarakteri, səlıs ritmi onu respublikanın hər yerində tanıtmışdır. |
| 69- Heyrati [of Herat]: It is an old and attractive dance which is interesting for its rhythm (Its rhythm is like marsh) and variety of performance. Heyrati was one of the most common dances in Ganjeh at own time. Young people have created suitable and rhythmical movements according to its melody and have named it "Yalli". Generosity and boldness are characters of this dance. Its fluent rhythm has made it famous and known in Azerbaijan. |
| 70- هئیوا گولو(Heyva gülü) |
| 70-Heyva gülü: Muasir rəqs melodiyasıdır, müəllifi Əli Kərimovdur. Azərbaycanın rayonlarında, xüsusilə Şamaxı, Astara və Naxcivanda çox məşhurdur. Rəqs solo tərzindədir, onu ancaq qadınlar oynayırlar. Hərəkətlər mülayim, plastik, və ifadəlidir. |
| 70- Heyva goulou [flower of quince]: Its melody is contemporary and it is compiled by Ali Karimof. It is very famous in the regions of Azerbaijan, especially in Shamakhi, Astara and Nakhjavan. It is a single dance and it is performed only by women. Its movements are mild, |
7
15
دی 1387 ساعت 20:03| 61- مجسمه(Mücəssəmə) |
| 61-Mücəssəmə: Cunubi rayonlarda vaxtilə çox məşhur olan rəqsdir. Rəqsi əsasən qocalar ifa edirlər. Aram aram davam edən sədası altında ifaçı dövrə vurub, əlləri və bədəni ilə muxtəlif biçimli hərəkətlər edir. Birdən musiqinin sədasi kəsilir. Rəqqas bir anda həmin fasilə ilə rastlaşdığı pozada hərəkətsiz durur. Əgər o, tamaşaçıları guldurmək istəyirsə, onda qəribə bir pozada qalmağa çalışır. "Mücəssəmə" yalnız kişi rəqsdir, onu qadınlar oynamırlar. |
| 61- Mujassama [statue]: It was famous in the south areas in own time. In origin this dance is performed by old men. Executive-inclined to slow music of dance- starts to turn round and does different movements with his body and hands. Suddenly, music is cut, so the dancer stops too [if he wants to make laugh the people, he tries to stop in the most wonderful state]. This dance is performed only by men. |
| 62- میصری(Misri) |
| 62-Misri: Marşa bənzər ahəngli instrumental aşıq melodiyasıdır. Bu rəqsdə gərgin, məğrur, bir qədərdə çətin, çox vaxt birdən və küylü, diqqəti cəlb edən hərəkətlər icra edirlər. Rəqs, xususən Şəkidə, Zaqatala və qarabağda çox məşhurdur. Rəqsin tempi cəld və sürətlidir. |
| 62- Misri [of Egypt]: Its melody is like March music which is melody of Ashig [hawker singer]. Movements of this dance are pressed and heavy, proud, a little difficult, in much time fast and attractive. This dance is very famous especially in Shaki, Zagatala and Garabagh. Its speed is fast. |
| 63-میرزه یی(Mirzəyi) |
| 63-Mirzəyi: Azərbaicanda elə bir rayon yoxdur ki, orada "Mirzəyi" sevilməsin, hər toyda hər şənlikdə çalınıb oynanılmasın. Bu rəqsi həm kişilər həm də qadınlar ifa edirlər. "Mirzəyi" qədim rəqsdir. Qarabağli ney çalan mirzəyi tərəfindən təqribən 1860-70 inci illərdə yaranıb. Müəllif rəqsə öz adını verib. |
| 63- Mirzayee [a name]: You can't find an area in Azerbaijan that the people don't like this dance and don't perform it at marriages and celebrations. This dance is performed by women and men too. It is an old dance. It is almost made in the years 1860-70 by a Pipe player from Garabagh by the name of Mr.Mirzayee and the composer put his name on it. |
| 64- میرواری(Mirvari) |
| 64-Mirvari: Bu rəqs 30-uncu illərin əvəllərində yaranıb. Son dərəcə melodik və qəşəng rəqsdir. Bu rəqsi yalnız qadınlar oynayırlar. |
| 64- Mirvari [pearl]: This dance is created in the years 1930. It is an extremely melodious and beautiful dance. It is performed only by women. |
| 65- نازنازی(Naznazı) |
| 65-Naznazi: İncə və süzgün qadın rəqsidir. Mülayim, gözəl bir neçə yerində tremola ilə səslərin sürətli təkrarı ilə zənginlənmiş melodiyadır. Bu tremola ifaçiya bir nov yerindəcə dönmək momentlərini yana salır, onlara zərif oynama, dövrə boyu süzgun yerişli və ya düzünə irəliləyişli incə hərəkətlər etmək imkanı verir. |
| 65- Naznazi [a name]: It is an elegant and flowing dance which has designed for women. Its melody has become rich with fast repetition of mild and nice voices and partly with tremor of voices. These tremors inspire to dancer a fixed instantaneous rotation and at the same time, it makes ready an elegant dance and walking with coquettishness or doing elegant direct movements for them. |
| 66- واغزالی(Vağzalı) |
| 66-Vağzalı: Son dərəcə zərif, ürəyə yatan məlodiya, incə yumuşaq hərəkətlər bu rəqsi xalq arasında daha geniş yaymışdır. Toy olmur ki orda "Vağzalı" eşidilməsin. Çox qədim rəqsdir. Hazırda bu rəqs melodiyası gəlin adamlarını muşayiət edir. "Vağzalı" rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ, süzgün, axıcı hərəkətlərlə oynamaq lazımdir. |
| 66- Waghzali [a name]: This dance is very popular between conmen people for its very elegant and desirable melody and its elegant and soft movements. You can't find a marriage which this dance isn't performed in it. At present the bride's family plays this music in marriages. |
| 67-وئلاچولا(Velaçola) |
| 67-Velaçola: 1920 inci illərində Lerikin yaxınlığındakı Velaçola kəndində yerli musiqiçi tərəfindən yaradılıb. "Velaçola" nın musiqisi o qədər oynaq və gözəldir ki çox çox uzaqlara yayılmışdır. Rəqsin ifası aram tempdədir. |
| 67- Welachoula [a name]: It is created in decade of 1920, in the near of Lyric, by a composer who lived in "Welachoula" village. For its sensational and very nice music, it is become popular in the remote areas. It is performed slowly. |
| 68- هالای(Halay) |
| 68-Halay: oxuma və əlçalma ilə muşayiət olunan eyni tipli rəqslərə verilən umumi addır.Bu mahnı əvvəlinci halında aydınca əmək xarakteri daşıyardı. "Halay" sözü məhsuldan danışır, çox zaman ağır zəhmətli, uzun müdətli işi ifadə edir. "Halay" Astara-Lənkiran zonasında və ondan bir qədər şimalda bundan əvvəl meydana gəlmişdir. |
| 68- Halay [a name]: Halay is a general name for dances which are performed inclined to song and clapping. At the first stages, this song was openly indicant of specifications of dances which are about livelihood. Halay talks about crop and is indicant of abundant trouble and long time work. It is created in Astara area -Lankaran- and a little fond of north of this area. |
| 69-هئیراتی(Heyratı) |
| 69-Heyratı: özünün marşsayağı ritmi və ifa tərzinin müxtəlifliyi cəhətdən diqqəti cəlb edən qədim mənşəli maraqlı rəqsdir. "Heyratı" vaxtilə Gəncədə çox geniş yayılmış rəqs olub. Cavanlar "Heyratı" musiqisinin ahəngilə uyğun rəqs oyunu düzəltmiş və onu "yallı" adlandırmışdılar. Rəqsin mərdlik, cəsarət ifadəli xarakteri, səlıs ritmi onu respublikanın hər yerində tanıtmışdır. |
| 69- Heyrati [of Herat]: It is an old and attractive dance which is interesting for its rhythm (Its rhythm is like marsh) and variety of performance. Heyrati was one of the most common dances in Ganjeh at own time. Young people have created suitable and rhythmical movements according to its melody and have named it "Yalli". Generosity and boldness are characters of this dance. Its fluent rhythm has made it famous and known in Azerbaijan. |
| 70- هئیوا گولو(Heyva gülü) |
| 70-Heyva gülü: Muasir rəqs melodiyasıdır, müəllifi Əli Kərimovdur. Azərbaycanın rayonlarında, xüsusilə Şamaxı, Astara və Naxcivanda çox məşhurdur. Rəqs solo tərzindədir, onu ancaq qadınlar oynayırlar. Hərəkətlər mülayim, plastik, və ifadəlidir. |
| 70- Heyva goulou [flower of quince]: Its melody is contemporary and it is compiled by Ali Karimof. It is very famous in the regions of Azerbaijan, especially in Shamakhi, Astara and Nakhjavan. It is a single dance and it is performed only by women. Its movements are mild, |
6

Ələsgər Alməmməd oğlu (Aşıq Ələsgər) 1821-ci ildə İrəvan xanlığının Göçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Görkəmli aşıq-şair olmuşdur.
Qoşmalar, təcnislər, gəraylılar, dodaqdəyməzlər yazıb,
onları şövqlə sazda ifa etmişdir. O, həm də dastan söyləyən olmuşdur.
Aşıq sənətini böyük ustad Aşıq Alıdan öyrənmişdir. Aşıq Ələsgərin sözlərinə
yüzlərlə mahnı və romanslar bəstələnmişdir. Onun lirikası həmişə da
populyardır. Poeziyasının əsas mövzusu təbiətin gözəlliyi, məhəbbət, aşiqanə və
qəhrəmanlıq dastanları olmuşdur.
O, Göçə aşıq məktəbinə rəhbərlik etmiş, ustad aşıq olmuşdur. Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə, İrəvanda məclislər aparmıışdır. Aşıq Ələsgərin şeirləri Azərbaycan və rus dillərində nəşr olunmuşdur.
H. Araslı, Ə. Mirəhmədov, O. Sarıvəlli onun haqqında məqalələr, oçerklər yazmışlar.
1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.
1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.
1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İii ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neşə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi.Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi.O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qədiristənlığında dəfn olmuşdur.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
Özlərini qədim sivilizasiyanın nümayəndələri kimi təqdim edən ermənilər 90-cı illərin əvvəllərində Azərbaycanın böyük aşıq-şairinin qəbrini vəhşicəsinə yerlə yeksan etmişlər.
http://www.adam.az/az.php?subaction=showfull&id=1240768722&archive=
Şifahi-professional Azərbaycan musiqisində geniş yayılmış
janrlardan biri də zərbi muğamlardır. Muğam dəstgahları kimi zərb muğamlar da
vokal-instrumental hissələrin müstəqilliyinə əsaslanan əsərlədir.
Lakin zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı
cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlğına
baxmayarq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib
öyrənilməmişdir. Bunu əsas səbələrindən bir son illərə qədər zərbi muğamların
not yazısının olmamasıdır.
Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir. Məhz zərbi muğam
sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən
instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə
əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb
alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa
alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi
cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər
çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın
aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir.
Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi
muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.
Adətən, zərbi muğamlar fəal-emosional səciyyəli inkişaf etmiş instrumental
müqəddimə ilə başlayır. Dəqiq ölçülü bu müqəddimənin musiqi ibarələri əsasında
melodiya şərh edilir.
Vokal prtaiya yüksək kompozisiyaya əvvəlcə yüksək registrdə (məqamın oktava
yuxarı zilində) giriş nidası ilə daxil olur. Uzadılmış səsdən sonra isə vokal
melodiya reçitativ danışıq tərzində oxuma ilə inkişaf etdirilir. Məhz bu
səbəbdən də zərbi muğamları ancaq yüksək tessituraya malik xanəndələr oxuya
bilir. Lakin improvizə zamanı xanəndə mütləq müəyyən sxemə riayət etməlidir.
Xüsusilə o, zərbi muğamın əsaslandığı lad-məqamın intonasiya çərçivəsindən
kənara çıxmamlıdır.
Zərbi muğamların vokal partiyasının musiqi məzmununu isə bütün forma boyu
müxtəlif variasiyalı dəyişkənliklə təkrarlanan musiqi ibarəsi (çox zaman iki
xanə) təşkil edir. Bu kimi eyni zamanda vokalizə edilmiş passajlarla,
zəngulələrlə rövnəqlənir.
Sonrakı inkişaf zamanı melodik xətt tədricən daha yüksək gərginlik, emosional
həyəcan kəsb edir. Bu zaman muğamın istinad pərdələri ətarfında gəzişmə baş
verir. Adətən bütün zərbi muğamlarda sabit səs məhz “mayə” pərdəsi olur.
Səciyəvi cəhətlərdən biri də odur ki, muğam dəstgahlarında olduğu kimi zərbi
muğamların sonunda melodiya əvvəldə olan aşağı registrdəki mayeyə qayıdır.
Tamamlayıcı – son epizodlarda isə instrumental partiya adətən, nağılvarıliyi,
epikliyi aramlığı ilə seçilir. Bu, lad-məqamın sabit istinad pərdələrinin
ətrafında gəzişməyə əsaslanan özünəməxsus bir sonluq – kodadır.
Səciyyəvi cəhətlərədən biri də odur ki, bəzən bütöv bir vokal-instrumental
epizod təkcə nəqarətvari əlavə spzlər əsasında oxunur. Azərbaycan xanəndələri
bu zaman “ay aman”, “dalay-dalay”, “ay”, “hey”, “ha”, “yar”, “ay zalım” və.b.
bu kimi nəqarətvari sözlərdən istifadə edirlər.
Zərbi muğamların öz müstəqil adları var. Bu qəbildən olan muğamlara müasir zamanda
aşağıdakılar aiddir:
• Heyratı
• Arazbarı
• Səmayi – şəms
• Mənsuriyyə
• Mani
• Ovşarı
• Heydəri
• Qarabağ şikəstəsi
• Kəsmə şikəstə
19-cu əsrdə isə zərbi muğamların sayı 18-ə qədər olub:
Kərəmi Şikəsteyi – Şirvan
Osmani-Gərayi Şikəsteyi – fars
Qəribi Qarabağ şikətəsi
Qara kürd Kəsmə şikəstə
Arazbarı Əşiran
Bayatı Keşeş oğlu
Osmanlı Heydəri
Cığatayı Aşağı
Ovşarı Bağlam və qeyriləri
Muğam dəstgahlarında olduğu kimi zərbi muğamlarda da Azərbaycanın görkəmli
şairləri – Nizami Gəncəvinin, İmaməddin Nəsiminin, Məhəmməd Füzulinin,
Xurşudbanu Natəvanın, Seyid Əzim Şiravaninin, Səməd Vurğunun, Əliağa Vahidin
və.b. qəzəllərinə müraciət olunur.bəzi zərbi muğamlarda bayatı, qoşma,
formasında yazılmış xalq şeirindən də istifadə edilir.
Bir qayda olaraq bu qəbildən olan mətnlər “Şikəstə” və onun variantlarının
(“Qarabağ şikəstəsi”, və “Kəsmə şikəstə”) həmçinin “Ovşarı”, “Mani”, “Arazbarı”
kimi zərbi muğamların mətn əsasını təşkil edir.
HEYRATI
Heyratı “Rast” ailəsinə daxil olan
zərbi muğamdır. Özü də “do” mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi
muğamı “Mahur – hindi” muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə
birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd,
qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir
ifaçısı Xan Şuşinski hesab olunur. Xanəndə Heyratı oxuyan zaman çox miqdarda
nəqarətvari sözlərdən istifadə etmişdir.
ARAZBARI
“Şur” muğam ailəsinə daxil olan
zərbi muğamdır. O yeddi əsas Azərbaycan lad-məqamına biri olan – Şura əsaslanır.
Ölçüsü 4/3-dür. Tempi ağırdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə
yaradır. Bəzən xorla da oxunur. Belə halda “vaygirlik edənlər fərdçinin hər
misrasını “ay zalım” nidası ilə tamamlayırlar”. Arazbarı ancaq xalq spzlərinə
oxunur. Bu sözlər əsasən daimidir. Arazbarının mahir ifaçılarında biri böyük
xanəndə Seyid Şuşinski sayılır. Müəllif Arazbarı zərbi muğamını nota yazmışdır.
MƏNSURİYYƏ
“Çahargah” lad-məqamına əsaslanan
muğamdır. Mənsuriyyə həm müstəqil şəkildə ifa olunan zərbi muğamdır, həm də
“Çahargah” dəstgahının tərkibinə daxil olmuş zil şöbədir. Beləliklə, hər iki
halda Mənsuriyyə “Çahargah”a bağlıdır. Əvvəllər Mənsuriyyə “Rast” muğam –
dəstgahının bir şöbəsi kimi də oxunub. Başqa bir mənbədə Mənsuriyyə (Mirzə
Fərəcin cədvəlində) “Segah – zabul” dəstgahının 11-ci şpbəsi kimi verilir.
Mənsuriyyə mübariz, qəhrəman xarakterli bir zərbi muğamdır. Bu zərbi muğamda
Mənsuriyyə ilə birgə bəzən “Üzzal” şöbəsi də oxunur. Üzzal oxunan zamanda əsas
ritmik fon mübariz şəkildə sona qədər davam etdirilir. Mənsuriyyə adətən, qəzəl
mətninə oxunur.
SƏMAYİ – ŞƏMS
Zərbi muğamı “Şur” muğam və məqam
kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin “Şur”
dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir “Şur” dəstgahında o,
“Şikəsteyi – fars” və “Əşiran”dan sonra ifa olunur. Məhz ondan sonra isə
“Hicaz” və “Sarənc” şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr ”Şur”
dəstgahının “Səmayi – şəms”ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi
muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri “Hicaz” və
“Sarənc”i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya
əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli,
Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun
müstəqil şəkildə ifası zamanı “Hicaz” və “Sarənc”də toxunulur. Onu da qeyd edək
ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə
çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil
edir. Bu zərbi muğamın bir xarakterik xüsusiyyəti də odur ki, başqa zərbi
muğamlardan fərqli olaraq, o əksər hallarda ənənəyə görə təsniflə tamalanır.
Təsnifin musiqisi mülayim rəqs tempindədir. Səmayi – şəmsin zərbi muğamının
sonunda oxunana bu təsnif onun dramaturgiyasında məntiqli “yekun-sonluq”
əhəmiyyətinə malikdir.
MANİ
“Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – professional
musiqiçiləri bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə)
bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə
tamamlanır. Onu da qeyd edək ki, bu zərbi muğamda cəmi bir təsnif oxunur.
OVŞARI
Zərbi muğam “Şüştər” lad-məqamına əsaslanır. Onu da deyək ki, “Ovşarı”
aşıq musiqi-poetik yaradıcılığında bir ənənəvi hava kimi də məşhurdur.
Zərb muğam kimi “Ovşarı” şüştər məqamının iki şöbəsinin intonasiyaalrını özündə
əks etdirir: “Şüştər”, “Təsnif”. Bu zərbi muğam öz musiqisi etibarilə müəyyən
dərəcədə təntənəni, əzəməti əks etdirir. Onun mətni əsası zalq sözlərindən
alınmışdır.
HEYDƏRİ
Bu zərbi muğam da “Şüştər” lad-məqamı üzərində qurulub. O da 4/2
ölçüsünə əsaslanır. Bu zərbi muğam başqalarına nisbətən həcmcə bir qədər
kiçikdir.
Heydəri 19-cu əsrdə populyar zərbi muğamlardan biri olub. Tarzən Mirzə Fərəcin
zərbi muğamlar siyahısı dediklərimizi təsdiq edə bilər. Heydərinin mətn
əsasını, adətən, professonal şeiriyyət təşkil edir. Maraqlıdır ki, başqa zərbi
muğamlardan fərqli olaraq Heydəri ənənəyə görə vokal-instrumental bölmə ilə
deyil, məhz sazəndə dəstəsinin ifa etdiyi instrumental bölmə ilə tamamlanır.
Deməli bu zəruri muğamda instrumental bölmə daha fəaldır.
QARABAĞ ŞİKƏSTƏSİ və KƏSMƏ ŞİKƏSTƏ
Azərbaycan xanəndəlik sənətində
Şikəstənin iki növü əsas yer tutur. Bunlar: Qarabağ şikəstəsi və Kəsmə
şikəstədir. Bu iki növdə şikəstələr 19-cu əsrdə də zərbi muğam kimi özündə
geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi
yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır.
Şikəstənin Qarabaö və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez
oxunur. Hər iki şiləstə də sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət,
əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində
həzinlik var. Hər iki şikəstənin sözləri ənənəyə görə xalqdan alınmışdır.
Onların mətnini baytılar təşkil edir.
Ramiz Zöhrabov-"Muğam"
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67394
Çahargah sıra sayımı ilə 4-cü muğamdır. Çahargah sözü iki məfhumdan ibarətdir. Çahar – dörd, gah – məqam, yer deməkdir. Yaxın Şərq xalqalrının şifahi – professional musiqisində Çahargah geniş intişar tapmış muğamlardan biridir. Çahargahın mayə pərdəsi birinci oktavanın “do” səsindən ibarətdir.
Ü.Hacıbəyov hər bir muğamın bədii – ruhi təsir cəhətdən xarakterizə edərkən
Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir.
Mir Möhsun Nəvvab özünün əsərlərinin birində göstərir ki, Çahargah məqamı göy
gurultusu ilə əlaqədar yaradılmışdır.
Çahargah muğamının təkibinə “Segah”, “Şur”, “Bayatı – Qacar” kimi muğamların
lad – məqam əsasına uyğun gələn şöbə və guşələr də öz əksini tapmışdır. Bəzi
şöbə və guşələrin hazırda aradan çıxmasına baxmayaraq, tarzən Mirzə Fərəcin
cədvəlindəki şöbə və guşələrin adları isə həqiqətə daha çox uyğundur. O,
bilavasitə Çahargah məqamına və onun intonasiya xüsusiyyətlərinə yaxın olan
şöbə və guşələrin özündə birləşdirir. Bunlar aşağıdakılardır:
Çahargah Zirkeş
Bəstə - Nigar Rubənd
Firuz Qürrə
Manəndi - müxalif Müxalif
Müalif Məğlub
Cövhəri Mənsuriyyə
Müxalif (yaxud Kərimabadı) Hüzzal
Hasar Çahargah
Gülriz
Sonra Çahargahın təkibi dəyişmiş, o, bəzi guşələrdən azad olmuş və dəstgah daha
da təkmilləşmiş quruluşunu artmışdır.
Çahargah muğam dəsgtahının inkişafı başqa dəstgahlar kimi eyni, adlı lad –
məqamlar tədricən daha yüksək istinad pərdələrini tutmaqla əldə edilir. Bəmdən
zilə qədər bu inkişaf prinsipi muğamda qabarıq şəkildə öz təcəssümü tapır. Onu
qeyd etmək olar , ki Çahargahın oxuma diapazonu Şur dəstggahı kimi çox böyükdür
– iki oktava yarım.
Çahargah parlaq, virtuoz, qəhrəmani xaraketerli, dərin dramatik məzmunlu bir
dəstgahdır. Ü.Hacıbəyov Çahargah muğamının öz əsərlərində necə istifadə
etməsini bu cür şərh edir: “Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini,
yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən Çahargah
muğamını işlədirəm.”
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67398
Humayun şifahi – professional Azərbaycan musiqisində əsas
muğam dəstgahlarından yeddincisidir. Humayun Yaxın Şərq xalqlarının klassik
musiqisinə daxil olan 24 şöbədən biridir.
Humayun sözü cənnət quşu, şahlıq quşu mənasını daşıyırsa, onun ikinci mənası
uğurlu, səadətli deməkdir.
Ü.Hacıbəyov özünün fundamental əsəri olan “Azərbaycan xalq
musiqisinin əsaslarıÜ kitabında Humayunu “Şüştər”lə müqayisə əsasında belə
qənaətə gəlir ki, bədii – ruhi təsir cəhətdən Humayundinləyicidə nisbətən daha
dərin kədər hissi oyadır.
19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və
guşəni özündə toplamışdır:
Nəva – Nişapur Günəş
Humayun Rəvəndi
Bayatı – feli Məsnəvi
Suzi – güdaz Pəhləvi
Tərkib Möləvi
Bidad Müalif
Bəxtiyari Üzzal
Üzzal Humayun
Novruzi
Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir,
yığcamalşır, bəzi şöbə və guşəıərdən azad olur. Vaxtilə Azərbaycanda Humayun –
“Qafqaz Humayunu” adı ilə məlum idi.
Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək
lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda “Bərdaşt” olmur
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67400
Şüştər əsas Azərbaycan muğam dəstgahlarınına aiddir. Şüştər termini bir muğam adı kimi yayılmışdır. Ü.Hacıbəyov Şüştər termini haqqında yazır ki, bədii – ruhi təsir cəhətdən şüştər dinləyiciyə dərin kədər hissi oyadır. İnsan xəyala dalır, düşünür, hisslərə qapılır. Şüştərin musiqi axınına eyni zamanda dramatizm də xasdır. Şüştər lad – məqam kimi də Azərbaycanda özünə təşəkkül tapmış 7 əsas muğamdan biridir. Bir çox xalq mahnı və rəqsləri, Şüştər muğam dəstgahı ilə əlaqədar olan çoxlu təsnif və rənglər, həmçinin “Ovşarı”, “Heydəri” kimi zərb – muğamlar məhz Şüştər ladına əsalanır.
19-cu əsrin sonlarında bu muğam dəstgahı 13 şöbə və guşəni özündə cəmləşdirirdi: Əmiri Əfşarı Şüştər Heydəri Şüştərək Osman – Gərayi Şüştər Qara kürd Sarənc Mani Məsnəvi Keşişoğlu Mənəvi Cədvəldən göründüyü kimi hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal – instrumental zərb – muğamlar vaxtilə Şüştərin daxilində instrumental zərb – muğam kimi çalınıbmış. Yuxarıda göstərilən Şüştər dəstgahının tərkibindəki “Osman – Gərayi”, “Qara kürd”, “Keşişoğlu” kimi hissələr şübhəsiz ki, aşıq musiqi yaradıcılığından götürülmüşdür.
Bundan əlavə Şüştərin muğam şöbələri də öz növbəsində inkişaf prosesində püxtələşmiş, cilalanmışdır. Nəticədə Ü.Hacıbəyovun rəhbərliyi ilə 1925-ci ildə “Muğam şurası” tərəfindən qəbul edilmiş proqrfamda “Şüştər” 8 şöbə və guşəni əhatə etmişdir.Əmiri Şüştər Şüştər Sarənc Şüştərək Məsnəvi Tərkib Şüştər Hazırda xanəndələr və sazəndələr tərəfindən ifa olunan Şüştər daha da cilalanmış və müstəqil muğam dəstgahlarından biri sayılır. Lakin başqa muğamlardan fərqli olaraq bu muğam az şöbədən ibarətdir.
Bəs nə üçün bu dəstgah olduğu halda az şöbəlidir? Çünki, əgər başqa muğam dəstgahları aşağı registrdən – bəmdən başlayraq aramla yuxarı – zil registrə doğru melodik inkişafa mənsubdursa, Şüştər bu mənada istisnalıq təşkil edir, Onun ifası bəmdən deyil, səsin orta diapazonundan başlayır və birbaşa zilə keçir. Deməli, Şüştər təkcə orta və zil tessituralı şöbə və guşələri özündə cəmləşdirir. Bu dəstgaha 5 şöbə və guşə daxildir: Bərdaşt (Əmiri ilə başlayır Şüştər Feli Tərkib Şüştərə ayaq Məlumdur ki, bütün muğam dəstgahlarında müqəddimə şöbəsi “Bərdaşt” olur. Şüştər bəzi muğam dəstgahlarının “Bərdaşt”larından onunla fərqlənir ki, onun “Bərdaçt”ı müəyyən ad daçıyır – “Əmiri” Şüştər muğamının instrumaental şəkildə konsert ifası da dəb halını almışdır. Bu muğamının kamança və balaban musiqi alətlərində ifası geniş yayılmışdır
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67402
Bayatı – Şiraz şifahi – professional musiqimizin əsas
muğamlarındandır.
Bayatı – Şiraz adına həm müstəqil muğam dəstgahı, həm də eyniadlı məqam – lad
mövcuddur. Bayatı – Şiraz dəstgahı, onun bütün təsnif və rəngləri, bir çox xalq
mahnıları və rəqslər məhz Bayatı – Şiraz məqam – ladına əsaslanır.
Ü.Hacıbəyov Bayatı – Şiraz haqqında yazır: “Bədii – ruhi
təsir cəhətdən... Bayatı – Şiraz dinləyicidə qəmginlik hissi oyadır.” Mirzə
Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində Bayatı – Şiraz dəstgahı 17
şöbə və guşədən ibarətdir:
• Dəraməd
• Giləyi
• Bayatı – İsfahan
• Dəşti
• Bayatı – Şiraz
• Məhdi – Zərrabi
• Əbülçəp
• Qatar
• Cəfəriyyə
• Bayatı
• Budəşti
• Aşiqi – Güş
• Azərbaycan
• Niiriz – Davudi
• Bayatı – kürd
• Üzzal
• Hacıyuni
Yuxarıdakı Bayatı – Şirazın tərkibində “Şur”, “Rast”, “Nəva”
və.b. muğam – ladlarına müvəqqəti keçidlər özünü göstərir. Nədənsə, bu
siyahının sonunda “Bayatı – Şiraz”a ayaq – “keçid – yekun” da yoxdur. Dəstgah
zil şöbə olan “Üzzal” ilə tamamlanır. Bu da həqiqətə uyğun deyil. Axı hər bir
dəstgahın quruluşunu səciyyələndirən cəhətlərdən biri də odur ki, o, sonda
mütləq olaraq kulminasiyadan özünəməxsus melodiya və avazlarla “mayə”yə
qayıtmalıdır.
Sonralar Bayatı – Şiraz ifa cəhətdən inkişafı nəticəsində həmin dəstgah bəzi
şöbə və guşələrdən azad olmuşdur. Belə ki, bəzi şöbə və guşələr bayatı-şiraz
məqamına uyğun gəlmədiyi üçün dəstgahın tərkib hissəsindən ixtisar edilmişdir.
Hazırda Bayatı – Şiraz muğam dəstgahının məcmususnu 8 şöbə və guşə təşkil edir:
• Bərdaşt
• Zil bayatı – Şiraz
• Mayeyi – Bayatı – Şiraz
• Xavarən
• Nişibi – fəraz
• Hüzzal
• Bayatı – İsfahani
• Dilruba
Bu dəstgah əsasında F.Əmirov “Gülüstani – Bayatı – Şiraz”
S.Ələsgərov “Bayatı – Şiraz” simfonik muğamalırını N.Əliverdibəyov isə “Bayatı
– şiraz” xor muğamalarını yazmışdır
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67406
Segah 7 əsas muğamdan 3-cüsüdür. Segah məfhumu iki sözün birləşməsindən
yaranmışdır. Se – üç, gah – mövqe, məkan deməkdir.
Segah Yaxın və Orta Şərqin başqa regionlarında da intişar tapmışdır. Lakin bu
muğam başqa xalqlarda əsasən bir kökdə, bir variantda ifa edilir. “Orta Segah”,
“Mirzə Hüseyn Segahı”, “Zabul Segah” məhz ümumilikdə Segahın müxtəlif
variantlarıdır.
Söz yox ki, Segah müxtəlif pərdələrdə, tonallıqlarda ifa olunmaqla onun
dinləyiciyə bağışladığı təəssürat da müxtəlif olur. Hər bir Segah və
variantının xarakteri, səslənməsi, yozumu, istinad pərdələrinin dəyişilməsi ilə
əlaqədar başqa – başqadır.
Azərbaycanda Segah muğamının beş tonallıqda ifa olunması qəbul edilmişdir:
• Kiçik oktavadakı “si” mayəli (Xaric Segah)
• Birinci oktavadakı “mi” mayəli (Orta Segah) və kiçik oktavadakı “mi” mayəli
(Zabul Segah)
• Birinci oktavadakı “lya” mayəli (Mirzə Hüseyn Segahı)
• Birinci oktavadakı “re” mayəli (Yalxın Segahı)
• Birinci oktavadakı “sol” mayəli (Haşım Segah)
Onu da qeyd etmək olar ki, “do” mayəli Segah da var. Lakin
onu dəstgah şəklində oxuyub – çalmaq mümükün olmadığı üçün Segahın bu növündən
istifadə edilmir. Segah muğamının və onun variantlarının əsasını eyni adlı
lad-məqam təşkil edir. Segaha aid bütün təsnif və şikəstələr, zalq mahnı və
rəqsləri də Segah məqamına əsaslanır. Onu da deyək ki, başqa muğamlara nisbətən
Segahda təsnif və rənglər, xalq mahnı və oyun havaları daha çoxdur.
“Azərbaycan xalq musiqisinin əsaları” monoqrfiyasında Ü.Hacıbəyov Segah
muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə
başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Azərbaycanda Segahın bir neçə növdə olmasına baxmayaraq onun 3 növü geniş
yayılmışdır. Bunlar : “Zabul – Segah”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah”dır.
ZABUL – SEGAH – Segahın geniş yayılmış qədim növü “Zabul Segah”dır. Ona eyni
zamanda Orta” Segah”da deyilir. Onu da qeyd edək ki, “Zabul” özü də orta mövqe
tutur. Çünki o orta registrdə çalınıb – oxunur.
“Zabul – Segah” dəstgahı 20 şöbə və guşədən ibarətdir:
Mayeyi – Zabul Mənsuriyyə
Zabul Ruh-ul-ərvah
Manəndi – müxalif Zəminxarə
Müxalif Naleyi-zənburi
Mirzə Hüseyn Segahı Pəhləvi
Cövhəri Hicaz
Segah – Zabul Şah Xətayi
Muyə Nəhavənd
Hasar Sarənc
Müxalif Zabul – Segah
Yeri gəlmişkən onu da qeyd edək ki, xalq professional musiqiçiləri arasında
“Zabul” iki məfhumla – “Zabul Segah” və ya “Segah Zabul” kimi adlanır.
Segahın Azərbaycan dinləyiciləri arasında populyarlığı onun müxtəlif növlərini
yaratmaqla bərabər bu muğamın mahir ifaçılarını da üzə çıxartmışdır. Belə ki,
xanəndələrin adları ilə bağlı Segahlar muğamsevərlərin yaddaşlarına həkk
olunmuşdur. “Mirzə Hüseyn Segahı” (18-ci əsrin məşhur xanəndəsi Mirzə Hüseynin
adı ilə), “Zabul Qasım” (19-cu əsrin xanəndəsi Qasımın adı ilə), “Segah İslam”
(20-ci əsrin xabəbdəsi İslam Abdullayevin adı ilə)
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67848
Şur sözünün farsca bir mənası da eşq, sevgidir. Bu
keyfiyyətə görə də həmin dəstgah dinləyicini şura gətirərək, xəyala daldırır,
onu düşünməyə sövq edir. Eyni zamanda Şur dinləyicidə, şən, lirik, əhval –
ruhiyyə oyadır.
Şur
muğam adına qədim yazılı ədəbiyyatda – traktatlarda, şeirlərdə rast gəlinmir.
Güman etmək olar ki, bugünkü Şur muğamının və eyni adlı lad-məqamın özülünü
qədim klassik 12 muğamdan ibarət ”Nəva” adlı muğam-lad təşkil edir. Şurun 30-a
yaxın hissəsi məlumdur:
Mayə Hicaz - ərəbi
Darəməd
Raz – Məcnuni
Şur
Gəbri
Muyə
Gövhəri
Busəlik
Sarəng-Əbu-Əta
Səlmək
Qəməngiz
Zirkeş
Məhti – Zərrabi
Gülriz
Şəkk – Şahnaz
Siyahruh
Kürd – Şahnaz
Cidayi
Şur – Şahnaz
Şəhr
– aşub Şahi – Şahnaz
Nişibi
– fəraz Şahnaz – xarə
Xocastə,
Şikəsteyi-fars Dilkəş
Səmayi
– şəms Cövhəri
Hicaz
– Bağdadi Şur
Siyahıda
göstərilən Şurun tərkib hissələrinin əksəriyyətinə guşə kimi baxmaq olar. Çünki
bunlar öz həcmi, forması, quruluşu eybarilə şöbə əhəmiyyətini daşımır. Məhz
guşə səciyyəsinə malikdir. Hətta bəzi guşələr bir neçə variantda ardıcıl
verilmişdir. Başqa muğamlar kimi Şur dəstgahı da “Bərdaşt”la başlanır.
Xanəndəni müşayiət edən sazəndə dəstəsi (üçlük) “Bərdaşt”ı ya ansambl, ya da
tarzən tək çalır.
“Mayeyi
– şur” dəstgahın bünövrəsidir. Başqa dəstgahlarda olduğu kimi Şur dəstaghının
lad-məqam sisteminin rüşeymi məhz, “Mayə” şöbəsində təsdiq olunur. Sonra “Şur –
Şahnaz” şöbəsi gəlir. Bəzən bu şöbədən əvvəl “”Səlmak” guşəsi də işlənir. “Şur
– Şahnaz” Şur dəstgahının mərkəzi şöbəsidir. Bu şöbənin musiqisinə həzinlik
mənsubdur. “Şur – Şahnazı” uzadıb ona “Şahnaz” , “Dilkəş”, “Şəddi – Şahnaz”
kimi şöbələr əlavə edib, “Bayatı – Türk”ə ayaqla tamamlayırlar. “Şur – Şahnaz”
şöbəsindən sonra Şur dəstgahında “Bayatı – Qacar” şöbəsi gəlir. “Bayatı – Qacar”
rast ailəsinə aid olan bir müstəqil muğamdır.
“Şikəsteyi
– fars “ bir sıra dəstgahlarda o cümlədən, Rast, Mahur – hindi, Orta Mahur,
Bayatı – Qacar, Şur, Segah və.s. muğamların mərkəzi şöbəsidir. Lakin ahəng,
ritm xüsusiyyətləri, istinad pərdələri cəhətdən bunlar bir – birindən
seçilirilər. “Şikəsteyi – fars“ şöbəsinin bir neçə muğam dəstgahının tərkibində
işlədilməsi onunla izah oluna bilər ki, hər dəstgahda bu şöbə ondan sonra gələn
muğam şöbələrinin üzvi surətdə birləşməsi üçün əlverişli şərait yaratmaq
imkanına malikdir. Şur üçün kulminasiya şöbələri – “Səmayi – Şəms”, “Hicaz”,
“Sarənc”dir.
“Səmayi
– Şəms” Şur dəstgahında iki növdə - həm də improvizə səciyyəli bir şöbə, həm də
onu daxilində ifa olunan müstəqil zərbi – muğamdır.
“Hicaz”
adı bir müstəqil muğam kimi Yaxın Şərq xalqlarına məxsus 12 klassik muğamdan
12-cisidir. Şur dəstgahında isə “Hicaz” bir şöbə kimi “Səmayi – şəms”dən sonra
ifa olunur. O, Şurun ən yüksək tessituralı zil şöbəsidir. “Hicaz”dan sonra
səslənən “Sarənc” vasitəsilə “Mayeyi – Şur”a qayıtmaq tələb olunur. Qayıtma
prosesi ancaq “Nişibi – fəraz” guşəsi ilə mümkündür. Bu guşə “Mayə” aramla
keçid rolunu oynayır.
F.Əmirov
Şur əsasında ilk dəfə simfonik muğam janrını yartamışdır. (“Şur”, “Kürd
Ovşarı”)
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67859
Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış, mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan ta qədim dövrlərdən Yaxın
və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region
ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox
müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində
özünəməxsus xüsusiyyətlər qorunub saxlamışdır. Bu mənada qədim ənələrə malik
Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.
Azərbaycan xalqının bədii yaradıcılığının zəngin irsi özündə çoxəsrli
ənənələrini cəmləşdirir. Onun geniş yayılmış növləri – tətbiqi sənət
(xalçaçılıq, naxış-tikmə, zərgərli və dulusçuluq sənətləri) şifahi xalq
yaradıcılığı (epos, dastan, nağıl, rəvayət, atalar sözü, zərb-məsəllər) və
nəhayət, musiq sənəti (xalq musiqisi, şifahi ənənəyə əsaslanan professional musiq)
öz parlaq milli xüsusiyyətləri ilə seçilərək xalq arasında geniş yayılmış və
populyarlıq qazanmışdır.
Xalqımızın qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi malına
çevrilmişdir. Lakin çoxəsrli muğam sənətinə aid bədii problemlər o cümlədən, muğamın
tarixi inkişafı və təkamülü, onun kompozisiya – quruluş, xüsusiyyətləri, milli
özünəməxsusluğu kimi məsələlər bu günədək lazımi səviyyədə araşdırılmamışdır.
Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili – poetik
incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapmışdır:
1. Muğam dəstgahları;
2. Kiçik həcmli muğamlar;
3. Zərb – muğamlar.
RAST
Rast demək olar ki, bütün müsəlman ölkələrində mövcuddur. Orta əsr musiqi
elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar
Rastı “uluq kpk” adlandırmışlar. Eyni zamanda Rast “muğamların anası” hesab
edilmişdi. Rast Yaxın Şərq xalqlarının şifahi – professional musiqisində 12
əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına
keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim
zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub
saxlamışdır.
Ü.Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” kitabında muğamların
dəyişikliyə uğradığını söyləyir. O, Rastı “indiyədək zamanın və hadisələrin
sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam” adlandırmışdır. Bakı,
Şamaxı, Şuşanın özünəməxsus “muğam məktəbləri”ndə Rast dəstəgahının şöbə və
guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə
qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa
məclisində 18, Şamaxıda 21-ə çatır:
BAKI (Abşeron) ŞUŞA (Qarabağ)
Şamaxı (Şirvan)
Mayeyi – Rast
Novruzi – rəvəndə
Rast
Üşşaq
Hüseyni
Vilayəti
Xocəstə
Xavarən
Əraq
Pəncgah
Pak
Xavərən
Əmiri
Məsihi
Rast
Rast
Pəncgah
Vilayəti
Mənsuriyyə
Zəmin – Xarə
Rak – hindi
Azərbaycan
Əraq
Bayatı – türk
Bayatı – Qacar
Mavərənnəhr
Bali – kəbutər
Hicaz
Şahnaz
Əşiran
Zəngi – şötər
Kərküki
Rast
Rast
Üşşaq
Mücrü
Hüseyni
Vilayəti
Siyahi – ləşkər
Məsihi
Dəhri
Xocəstə
Şikəsteyi – fars
Rak – hindi
Rak – Xosrovani
Saqinamə
Əraq
Təsnif – Qərai
Məsnəvi
Zəngi – şötər
Nəğmeyi – hindi
Mənəvi
Kabili
Rast
Rast ailəsinə bir sıra muğamlar aiddir. “Mahur – hindi”, “Orta Mahur”, “Bayatı
– Qacar”, “Dügah” dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz
quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.
MAHUR - HİNDİ – farsca hərfi mənası “uçurum”, “dərin yarğan” deməkdir. Mahur -
hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal
edilir. Mahur – hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir
zamanda 8 şöbə və guşədən ibarətdir:
1. Bərdaşt 5. Vilayəti
2. Mayeyi – Mahur 6. Şikəsteyi – fars
3. Üşşaq 7. Əraq
4. Hüseyni 8. Qərai
Göründüyü kimi hazırda, Mahur – hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir.Mahur – hindi öz coşğunluğu,əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
ORTA MAHUR – Azərbaycanda rast ailəsinə daxil olan dəstgahlardan biri də Orta
Mahurdur. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta
registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda “Əşiran” Orta
Mahurda son şöbədir. Bu muğam 8 hissədən ibarətdir:
1. Pəs Mahur 5. Nüqrə
2. Üç Mahur 6. Vilayəti
3. Üşşaq
7. Mübərriqə
4. Hicri 8. Əşiran
BAYATI - QACAR – Bu muğam lad əsası baxımından Rastla eynidir. Bayatı – Qacar
müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə “Dügah”da
işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı – Qacar bir şöbə kimi
Şur dəstgahının tərkibində də işlənir. Bayatı – Qacar öz xarakteri etibarilə
dinləyicidə qəm – qüssə, kədər hissləri oyadır. Bayatı – Qacar 8 şöbə və
guşədən ibarətdir:
1. Bayatı – Qacar
5. Çoban bayatı
2. Bayatı – türk 6. Hicaz
3. Qatar 7. Gəbri
4. Bayatı 8. Şikəsteyi – fars
DÜGAH – Rast ailəsinə daxil olan muğamlardan biri də Dügahdır. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında “Şur şahnaz”dan sonra ifa olunur. O burada Bayatı – türk və ya Bayatı – Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı – Qacar muğamında “Zəminxarə” ilə “Mavərənnəhr” arasında yerləşir. Dügah dəstgahının tərkib hissələri belədir:
1. Dügah 7. Mavərənnəhr
2. Ruh-ul-ərvah 8. Hicaz – Bağdadi
3. Zəminxarə 9. Gəbri
4. Naleyi-zənburi 10. Şah Xətayi
5. Pəhləvi 11. Şirin-şəkər
6. Mənəvi
12. Dügah
http://karabagh.azersayt.com/blog.html?page=commentstemp7&member=GelGoR&newsid=67877

| Zərb çalğı alətləri | ||
![]() | ![]() | ![]() |
| Qoltuq nağara | Cürə nağara | Böyük nağara (Kos) |
![]() | ![]() | ![]() |
| Qoşa nağara | Qaval | Dəf |
![]() | ![]() | |
| Laqqutu | Dümbək | |
| Nəfəsli çalğı alətləri | ||
![]() | ![]() | ![]() |
| Ney | Balaban | Zurna |
![]() | ![]() | ![]() |
| Tulum | Tütək | Qarmon |
| Simli çalğı alətləri | ||
![]() | ![]() | |
| Qopuz | Çoğur | Çəqanə |
![]() | ![]() | |
| Rübab | Bərbət | Şirvan tənburu |
![]() | ![]() | |
| Səntur | Çəng | Rud |
![]() | ||
| Saz | Tar | Kamança |
![]() | ![]() | |
| Qanun | Ud http://turkbirliyi.azeriblog.com/2008/07/15/azerbaycan-musiqi-aletleri | |

آذربایجاندا خالق اویونلاری صنعتی نین یارانماسی و
فورمالاشماسی پروسه سی اؤز کؤکلری ایله قدیم دؤورلره گئدیب چیخیر. ایلک
اویونلار ریتوال(ritual) و اوو اویونلاری اولوب. قایا اوستو رسملر
قورونوب-ساخلانمیشدیر: " اوو صحنه سی " ، " رقص ائدن اینسانلار قروپونون
سیلوئتی " (silueti) قدیم خورووودو(xorovodu)خاطیرلادان یاللی (ارادان اول
V-III مین ایللیکلر، قوبوستان). اوزاق کئچمیشدن همچنین گونوموزه ده ک
کوتلوی مراسیم اویونلاری – " سمه نی " ( Səməni) ، " خیدیر ایلیاس "
، " کوسا-کوسا " ، " قودو-قودو "(Qodu-qodu) و س. گلیب چیخمیشدیر.
" سمه نی " ( Səməni) مراسیمی یازین گلمه سی و طبیعتین
آنلاماسینا حصر اولونور. بو مراسیم اویونون ایدئیاسینی 2 قوووه نین سرت
قیشین و گنج باهارین مباریزه سی تشکیل ائدیر. بو اویوندا قیشی " کوسا "
تمثیل ائدیر کی، معناسی " ساققا لسیز " دئمکدیر. اویونون او بیری
پئرسوناژی " کئچی " باهارین رمزی کیمی چیخیش ائدیر. داها بیر مراسیم "
قودو " دور کی، او، کند تصروفاتیندا محصولا سِحیرلی تاثیر ایدئیاسینی
اؤزونده عکس ائتدیریر. بو، گونشی چاغیریش آیین ایدیر. ائرکن اورتا
عصرلر دؤورونده بو مراسیم اویونلاریندن موختلیف نؤوع خالق اویونلاری
فورمالاشیر. کنیازلارین و آذربایجان حاکیملری نین سارایلاریندا رقاصه لری
نین یوکسک مهارتی ایله شهرت تاپمیش رقص آنسامبللاری مؤوجود ایدی.
آذربایجان خالق اویونلاری مؤوزوع باخیمیندان رنگارنگدیر؛ اونلار بو نؤوع
لره بؤلونور : امک ( " چوبانی " )، مراسیم (ریتوال(ritual)، تقویم، توی)،
معیشت ( " میرزی "( mirzəi)، " توراجی " )، قهرمانلیق حربی ( " جنگی "
– " دؤیوش " )، ایدمان ( " زورخانا " )، خورووود-اویون ( " یاللی " ، "
حالای " ) و س. داوام ائتمه مدتینه، ریتواللاری نین زنگینلیگی و
رنگارنگلیگینه گؤره توی مراسیمی ان اهمیت لیسیدیر. قدیمده یارانمیش و
اوزون مدت عرضینده تکمیللشه رک، توی مراسیمی اؤزونده سؤز، موسیقی و رقص
صنعتی نین ائلئمئنت لرینی بیرلشدیرن مراسیم کیمی فورمالاشمیشدیر.
خالق ناغیللاری، افسانه لری، " دده قورقود " ، " کوروغلو
" داستانلاریندان توی مراسیمین ائرکن فورمالاری حاقیندا ماراقلی موحاکیمه
لر، معلوماتلار اخذ ائتمک مومکوندور. نیظامی نین و کئچمیش دؤورون دیگر
شاعیرلری نین اثرلرینده توی مراسیملری حاقیندا چوخلو ماراقلی مولاحیظه لر
وار. چوخ زامان تویدا ماهنی و رقص بیر-بیریندن آیریلمازدیر (رقص ائده
رک اوخویورلار، اوخویاراق رقص ائدیرلر). توی ماهنیلاری نین سجییه وی
اویناق ریتمیک اساسی بورادان ایره لی گلیر کی، بو ریتم مئلودییانین
اینکیشافینی اؤزونه تابع ائتمیش اولور. ماهنی نین اویناق اولماسیندان هم
ده ترتیباتین فورمالاشما پرینسیپی دقیق و یئنی لشن تکرارلانما آسیلیدیر.
داها مشهور اویونلار : " ترکمه " – کؤچریلر، " قیتقیلیدا "(
qıtqılıda) – خورووود(xorovod) قادین، " عیننابی "(innabi )-عمومی
تویلار، قیز تویلاریندا قادین و قیزلارین ائتدیگی رقص، " جئیران-باللا "
، " یاللی " و س. آذربایجان خالق رقصی، بیر قایدا اولاراق،
3 حیصه دن عیبارتدیر: بیرینجی حیصه سورعتلی دیر، دایره اوزره رقص؛
ایکینجی حیصه لیریکدیر، رقاص سانکی یئرینده دونوب قالیر ( " سوزور " )،
کورپوس(korpus) قطعی و ووقارلی طرزده دیک توتولور؛ اوچونجو حیصه ده یئنه
دایره اوزره رقص، سرعتلی، طنطنه لی و بؤیوک ائموسیونال جوشغونلوقلا
سجیییوی اولور. قادین و کیشی اویونلاری بیر-بیریندن کسکین شکیلده فرقله
نیر. قادین رقصی نین اینکیشافی کوستیوملا(kostyumla) شرط لنمیشدیر: اوزون
یوبکا آیاقلارین سوزگون حرکتینی معین لشدیریردی، رقاصه لرین بوتون دیقتی
ال و کورپوسون یوخاری حیصه سی نین (چیگینلر، باش، اوزون میمیکاسی و. س)
ایشلنمیش تئکنیکاسینا جمع لنیر. کیشی اوینونون اساس علامتی ایسه
آیاقلارین تئنکیکاسیدیر. اوینویان چئویکلیکله بارماقلاری اوزرینده دایانیر
( " قازاخی " رقصی)، سرعتلی دیزلری اوستونده یئره ائنیر و. س.
آذربایجان اویونلارینین موسیقی حجمی 6/8 و 3/4 دور. اویونلار
عادتا خالق چالغی آلتلرینین: زورناچیلار تریوسو (2 زورنا و 1 ناغارا)،
سازاندا تریوسو (تار، کامانچا، دف) و س. موشاییعتی ایله ایفا اولونور.
http://melumat.xazar.com/idx/67/446/article/Az601rbaycan-milli-r601qsl601ri.html:قایناق