| عناوین بحث ها | ارسال کننده | پاسخها | بازدید | بروز رسانی | اولویت | |
|---|---|---|---|---|---|---|
|
|
1
|
2
|
87/7/7 (06:12)
|
|
||
|
|
0
|
0
|
87/7/1 (02:57)
|
|
||
|
|
0
|
0
|
87/6/18 (13:29)
|
|
||
|
|
0
|
5
|
87/6/15 (19:47)
|
|
||
|
|
0
|
5
|
87/5/16 (00:07)
|
|
||
|
|
0
|
3
|
87/5/8 (20:01)
|
|
||
|
|
6
|
23
|
87/5/7 (23:58)
|
|
||
|
|
0
|
2
|
87/4/26 (13:28)
|
|
||
|
|
0
|
1
|
87/1/27 (02:09)
|
|
||
|
|
1
|
7
|
86/11/25 (11:54)
|
|
عنوان بحثTANRI-QƏDİM TÜRKLƏRDƏ 24 آذر 86 - 00:33 | ||
Sibir xalqlarında tanrıların sayı fərqli şəkildə idi. Adətən, qam-şaman Göy Tanrının doqquz, ya da yeddi «oğlu»-«qızı» ilə sıx əlaqə saxladığını vurğulayır. Azərbaycanlılarda Günəş atanın dörd saçlı qızı – şüa, işıq, dolu, yağış; dörd də keçəl qızı – duman, bulud, şaxta, qar göstərilir. Oğlanları isə həddindən artıq idi: dağ, qaya, təpə, düzən. çay, dəniz və s. Maraqlıdır ki, hər iki Göy tanrısının vəzifəsi kainatı gəzib-dolaşmaq, səyahətlə gün keçirməkdir. Ona görə də onlara mifoloji strukturlarda «istirahətə çıxan, yaxud dincələn tanrılar» deyirdilər. Gün Atanın övladları və göydən yerə göndərilən nümayəndələri özü ilə müqayisədə daha aktiv fəaliyyətdə təsvir edilir. Onlar insanların əməllərinə nəzarət edir, ehtiyacı olanlara yardım göstərirdilər. Lakin Günəşin övladlarınin bir qismi babalarının səfərlərindən istifadə edib şər işlər törədirdilər. Ona görə də göyün aşağı təbəqəsinə aid yardımçı tanrılar iki qismə ayrılırlar: xeyirxahlıq edənlər və şərxislətlilər. Xaraktercə ikiyə bölünmə və qarşıdurmalar ilin qış fəslində baş verirdi. O səbəbə ki, Günəş tanrının yolu yerdən çox uzaq düşdüyündən bir müddət göyün aşağı qatlarına nəzarəti azalırdı «Ay - oğlandı, Gün – qız. Ay Günü istəyirmiş. Hər gün onun dalınca gəzirmiş. Gün nə qədər eliyir, bu, əl çəkmir. Bir gün gənə Ay Günün dalıncax düşür. Gün qaçır, Ay da onun dalıncax. Gün baxır Ayın əlinnən qurtarmıyacax, əyilir yerdən bir oyuc palçıx götürüv atır onun üzünə. Ay əylənir, Gün çıxır gedir. O vaxtdan da Ayın üzündə ləkələr qalıf» [17, 36 yazının bütününü bu adresdə oxuyabilərsiz http://www.azmif.net/cgi-bin/datacgi/database.cgi?file=az&report=singlearticle&articleid=00034
| ||
پاسخ ها






