userinfo close

  ,

جاذبه های دیدنی اذربایجان


azrbaijantourismattractiuns

تاسیس: 19 فروردین 1384  پروفایل کلوب
مدیر کلوب: دومانلی یوللار - معاونان
هر هفته با یكی از جاذبه های اذربایجان اشنا بشین اگر جای رو میشناسین معرفی كنین
 

لیست بحث ها

  عناوین بحث ها ارسال کننده پاسخها بازدید بروز رسانی اولویت
9
133
89/4/15 (22:32)
4
86
89/2/1 (00:50)
0
143
88/7/5 (20:58)
0
16
88/5/18 (14:58)
0
76
87/12/10 (02:10)
0
60
87/12/10 (01:58)
0
14
87/11/16 (14:19)
0
12
87/11/16 (14:18)
0
6
87/11/16 (14:15)
0
8
87/11/16 (14:07)
0
6
87/11/16 (14:06)
0
2
87/11/15 (20:29)
0
3
87/11/15 (20:26)
0
6
87/11/15 (20:24)
0
6
87/11/15 (20:23)
0
3
87/11/15 (20:22)
0
5
87/11/15 (20:20)
0
4
87/11/15 (20:16)
0
7
87/11/15 (20:14)
0
41
87/5/31 (08:25)

عنوان بحث

ا یلکین , azerbaycan111
ا یلکین - 14:18 1387/11/16

Azərbaycan bayrağı Cənub qütbündə dalğalanacaq



qutbb_1_281273477.jpg İslam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən
istifadə etməklə çatan ilk qrup Azərbaycandan oldu
Azərbaycanın Antarktidada olan ekspedisiya qrupu qarşısına qoyduğu məqsədə çatıb. Artıq məlum olduğu kimi, qrup Cənub qütbündədir. Nəzərdə tutulan proqram üzrə hərəkət edən qrup üzvləri yanvarın 26-da ekspedisiyanı yekunlaşdırıb. “Azərbaycan-Antarktida” ekspedisiya qrupu orta temperaturu təxminən mənfi 35-40 dərəcə olan buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıb. Bununla da, ekspedisiyanın elmi, idman, siyasi və rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri 100 faiz yerinə yetirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən aldığımız məlumata görə, qrup üzvlərinin proqramı yekunlaşsa da, onların ölkəmizə qayıtmaları bir neçə gün çəkəcək. “Azərbaycan-Antarktida” ilk Azərbaycan ekspedisiyasının üzvləri - Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov və Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Tərlan Ramazanov Bakıya yanvarın 30-da qayıdacaqlar. Onu da qeyd edək ki, “Azərbaycan-Antarktida” nəinki Azərbaycan, ümumilikdə islam, türk və MDB ölkələri arasında da birincidir. Belə ki, Cənub qütbünün yaxınlığındakı  “Amundsen-Scott” adlanan Amerika bazasına dəvət olunan Azərbaycan ekspedisiya üzvlərinə orada məlum olub ki, onlar islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.
Xatırladaq ki, ekspedisiya qrupu Bakıdan ötən  il dekabrın 24-də yola düşüb və  bölgədə müşahidə olunan güclü tufan, həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq Cənub qütbünə vaxtında çatmağa müvəffəq olub. Qrup ölkəmizin bayrağını Antarktidanın ən yüksək zirvəsinə yanvarın 12-də sancıb. Onların qət etdiyi 115 kilometrlik ağır şəraitli Qütb yolunu Azərbaycan “İridium” peyk sistemi vasitəsi ilə izləyib.
Qeyd edək ki, Vinson dağının ən yüksək zirvəsində Azərbaycan bayrağı ilə yanaşı, lövhə də sancılıb. Xalqımızın böyük liderlərinin şəkli əks olunmuş ikinci lövhə də Cənub qütbündə olacaq. Bir üzündə ulu öndərimiz Heydər Əliyevin şəkli və “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər üzündə isə Azərbaycan Prezidenti İlham Əliyevin şəkli ilə “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhələr bundan sonra Vinson dağındakı dəniz səviyyəsindən 5140 metr yüksəklikdəki zirvəni fəth edəcək və Cənub qütbünə çatacaq başqa ölkələrin nümayəndələrinə Azərbaycanla bağlı kifayət qədər geniş informasiya vermiş olacaq.
RUHİYYƏ


http://www.yeniazerbaycan.com/Sosial/7822.html
  • ارسال پاسخ

پاسخ ها

تا کنون پاسخی به این بحث داده نشده است.
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.