userinfo close

  ,

جاذبه های دیدنی اذربایجان


azrbaijantourismattractiuns

تاسیس: 19 فروردین 1384  پروفایل کلوب
مدیر کلوب: دومانلی یوللار - معاونان
هر هفته با یكی از جاذبه های اذربایجان اشنا بشین اگر جای رو میشناسین معرفی كنین
 

لیست بحث ها

  عناوین بحث ها ارسال کننده پاسخها بازدید بروز رسانی اولویت
9
133
89/4/15 (22:32)
4
86
89/2/1 (00:50)
0
143
88/7/5 (20:58)
0
16
88/5/18 (14:58)
0
76
87/12/10 (02:10)
0
60
87/12/10 (01:58)
0
14
87/11/16 (14:19)
0
12
87/11/16 (14:18)
0
6
87/11/16 (14:15)
0
8
87/11/16 (14:07)
0
6
87/11/16 (14:06)
0
2
87/11/15 (20:29)
0
3
87/11/15 (20:26)
0
6
87/11/15 (20:24)
0
6
87/11/15 (20:23)
0
3
87/11/15 (20:22)
0
5
87/11/15 (20:20)
0
4
87/11/15 (20:16)
0
7
87/11/15 (20:14)
0
41
87/5/31 (08:25)

عنوان بحث

ا یلکین , azerbaycan111
ا یلکین - 14:06 1387/11/16

Ana dilimizin yazı qaydaları

Ana dilimizdə oxumadığımız və yazı alışqanlığımızın olmaması üçün yazdığımız zaman bəzı əngəllərlə qarşılaşırıq. Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq, ancaq yene de Ərəb əlifbasında belə “ək”lərin (şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı haqda ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya çıxdıqdan sonra Latın əlifbasında yazışmaq məcburiyəti ortaya çıxdı. Əslində bu özü özlüyündə bizim dilimiz üçün bir şans oldu. Yəni əlifba birliyinin yaranmasına internet dünyası böyük yardım etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci vahidi əlifbadır. Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir. Latın əlifbasının dilimizə çox uyğun və yatğın olduğunu bir çox alimlər söyləmişlər. Bu uyğunluq və yatğınlıq səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın əlifbasına keçmişlər.
Güney Azərbaycanda ana dilimizdə məktəb olmadığı üçün Latin əlifbasında ortaq yazı qayda qanunları haqqında insanlarımız bilgi sahibi deyillər. Ancaq türdeş (yeknəvaxt) yazma bir zərurətdir. Çünkü dil birliyi və ya dildə birlik yaranmazsa duyğu və düşüncə birliyimiz də sağlana bilməz. Bu üzdən də bu əksiklikləri ortadan qaldərmaq lazımdır.
Bu yazıda dilimizdə ahəng qanununa görə mövcud olan “da” və “də” əklərinin (pəsvəndlərinin) necə yazılması barədə bilgi veriləcək.
Ana dilimizdə “da” və “də” əkləri nə zaman ayrı və nə zaman bitişik yazılır?
Əgər söz “harda?”, “kimdə?”, “nedə?” sualına cavab verersə o zaman “da” və “də” əkləri bitişik, sözlə bir yerdə yazılmalıdır.
Məsələn:
1. Azərbaycanda (harda) qurultay keçiriləcək.


2. Dənizdə (harda) fırtına var.
3. Dağlarda (harda) vüqar var.
4. Eldarda (kimdə) qələm var.
5. Eldənizdə (kimdə) kitab var.
6. Bilgisayarda (nedə) yaxşı proqram var.
7. Suda (nədə) oksijen var.
Göründüyü kimi yuxarıdaki cümlələrdə sözlər “harda”, “kimdə”, “nedə” sualına cavab verdiyi üçün sözlərlə bir yerdə yazılır.
İndi əgər sözlər cümlənin içində “kim?”, “kimə?”, “haraya?”, “hara?”, “nə?”, “nəyə?”, “haranın”, “kimin”, “nəyin” suallarına cavab versə o zaman “da” və “də” əkləri (pəsvəndləri) sözdən ayrı yazılır.
Məsələn:
1. Azərbaycan da (hara) Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
2. Azərbaycana da (haraya) getməyi düşünürəm.
3. O da (nə) çətin məsələdir.
4. Ağaca da (nəyə) dayana bilərsən.
5. O da (kim) gləməlidir.
6. Alpay da (kim) çalışqan öyrəncidir.
7. Eldənizə də (kimə) söz verin.
8. Təbrizin də (haranın) havası dumanlıdır.
9. Havanın da (nəyin) belə olması işlərimizi əngəllədi.
10. Türkayın da (kimin) işləri yaxşıdır.
Diqqət edilirsə bu cümlədəki sözlər ıçlərində yazılan suallara cavab verdikləri üçün “da” və “də” əkləri ayrı yazılır.
Bundan əlavə aşağıdakı sözlərdə də bu əklər ayrı yazılmalıdır:
1. Həm mən həm də sən bu haqda dərin dərin düşünməliyik.
2. Həm yağış yağır, həm də külək əsirdi.
3. Elə də olmalı idi.
4. Eləcə də milli məsələ haqqında düşünməliyik.


5. Necə deyildisə elə də etməlisən
Güney Azərbaycanda yazı dilimiz məcburən Farsca olduğu üçün Farscanın təsiri həm təfəkkürümüzdə həm də Türkçə yazdığımızda özünü göstərməkdədir. Mesela Fars dilində “və” bağlayıcısı çox istifadə edilməkdədir. Bu üzdən də uzun uzun cümlələr yaranır ki, bu şəkildə cümlə quruluşu, Türk dilinin özəlliyi deyildir. Türk dilinin böyük bir özəlliyi fikiri ən qısa yolla ifadə etməkdir. Bu səbəbdən də Türkcədə “və” bağlayıcısı yerinə daha çox nöqtə istifadə edilir. İfadənin yığcam və rahat şəkildə olunması Türk dilinə aid olan bir özəllikdir.


Ana dilimizdə cümlənin içində vergülün harda istifade edilməsi Güney Azərbaycanda hələ də anlaşılmış deyildir. Vergül, Türkcəmizdə nə zaman və harda istifadə edilir?
1. Ana dilimizdə “ki” bağlayıcısından sonra vergül gəlir.
Məsələn:
Mən ona dedim ki, insan başqaları ilə münasibətdə xoşgörülü olmalıdır.
2. Bu sözlərdən öncə vergül yazılır: ancaq, lakin, yalnız, fəqət,amma, yoxsa, yəni.
Məsələn:
- Mən ona hörmətlə yanaşdım, ancaq o bir az nəzakətsiz davrandı.
- Bu işi görmək lazımdır, lakin daha səbir və təmkinlə.
- Dəniz də gözlədir, yalnız mən ormanı sevərəm.
- Səyahət gözəl şeydir, fəqət bu təhlükələri olmasa.
- Mən Bakıya getmək istərdim, amma viza çətinliyim var.
- Bu işin üzərində çox çalışmaq lazım, yoxsa öz özünə başa çatmaz.
- Biz planlarımızı gələn ilə, yəni növruz bayramından sonraya hazırlamalıyıq.
3. Əgər “O” (kim) zəmir anlamında olur və “O”dan sonra başqa bir zəmir və ya isim gəlirsə “O” zəmirindən sonra vergül yazılır.
Məsələn:
- O, Sevdanı teatra dəvət etdi.
- O, səni mi çagırır?
- O, dağa çıxmaqdan xoşlanır.
- O, dəmirçidir.
Yuxarıdaki örnəklərdə əgər vergül qoyulmazsa cümlə başqa məna verə bilər.
Əgər “O” (hansı) zəmir anlamında olmazsa, “O”dan sonra vergül gəlməz. Məsələn:
- O kitabı mən də oxumuşam.
Egər “O” işarə zəmiri anlamında isə yene de vegül yazılmaz. Məsələn:
- O adamı tanıyıram.
Əgər “bu” yaxına işarə zəmiri anlamında o zaman “bu”dan sonra vergül yazılmaz. Məsələn:
- Bu iş mənim üçün deyildir.
- Bu adamı mən tanımıram.
- Bu yol eyni yoldur yolçusu yoxdur.
- Bu dağ eyni dağdır qartalı yoxdur.
- Bu yolun sonu sən əvvəli mənəm
ənə çatacağım bir gün olacaq
Uzaqda, yaxında olsaq da nə qəm
Bu yol bu dünyada bizə qalacaq
Əgər “bu” yaxına işarə zəmiri deyil və isim yerində isə o zaman “bu”dan sonra vergül gəlir. Məsələn:

- Bu(nə), O deməkdir ki, sən bu işlə razılaşmırsan.
- Bu(nə), sözləri yanlış anlamqdır.
- Bu, dağlara yüksəlmək üçün bir dağçılıq planıdır (plan=tərh).
Əgər diqqətlə baxarsaq, yuxarıdaki örnəklərdə (nümunələrdə) vergül qoyulmazsa cümlələrin anlamı tamamən dəyişir.

_________________
Güney azərbaycanin ilk əyləncə portali
 WwW.azelim.CoM

  • ارسال پاسخ

پاسخ ها

تا کنون پاسخی به این بحث داده نشده است.
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.