userinfo close
  ,

آذربایجانیلار


azerbayijanilar

تاسیس: 13 خرداد 1384  پروفایل کلوب
مدیر کلوب: شایان صبحی - معاونان
 

لیست بحث ها

  عناوین بحث ها ارسال کننده پاسخها بازدید بروز رسانی اولویت
5
43
90/5/31 (08:20)
11
69
90/9/5 (17:25)
0
0
90/9/5 (08:42)
0
2
90/7/30 (17:16)
0
1
90/7/2 (14:08)
0
5
90/5/28 (14:33)
104
126
90/5/27 (15:08)
0
3
90/3/6 (12:23)
1
3
90/2/31 (18:20)
1
15
89/12/28 (09:59)
0
14
89/9/13 (21:31)
0
6
89/9/7 (22:03)
0
21
89/8/20 (23:54)
0
2
89/4/25 (13:13)
0
7
89/3/1 (15:08)
1
27
89/3/1 (00:40)
0
14
89/2/28 (00:30)
0
8
89/2/14 (09:49)
0
24
89/1/30 (21:26)
0
7
89/1/22 (12:55)

عنوان بحث

بابک آرازاوغلو . , baybakarazoglu

Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

ƏLİFBA

Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.

Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.

İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.

Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.

Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:


Latin

Əl yazısı şəkli

Adı

Nümunə

Latin

Əl yazısı şəkli

Adı

Nümunə

Aa

Aa

a

Aaq

Qq

Qq

qe

Qulaq

Bb

Bb

be

Bütöv

Ll

Ll

el

Laxlamaq

Cc

Cc

ce

Coşqun

Mm

Mm

em

Mağara

Çç

Çç

çe

Çiçək

Nn

Nn

en

Narın

Dd

Dd

de

Dayaq

Oo

Oo

o

Oba

Ee

Ee

e

Elçi

Öö

Öö

ö

Ölçü

Əə

Əə

ə

Əmək

Pp

Pp

pe

Paltar

Ff

Ff

fe

Fışıltı

Rr

Rr

er

Rəng

Gg

Gg

ge

Güzgü

Ss

Ss

se

Səs

Ğğ*

Ğğ

ğe

Dağ

Şş

Şş

şe

Şanlı

Hh

Hh

he

Haray

Tt

Tt

te

Tanıtmaq

Xx

Xx

xe

Xəzər

Uu

Uu

u

Uzun

Iı*

i

Yağı

ÜÜ

ÜÜ

ü

Ünlü

İi

İi

i

İncə

Vv

Vv

ve

Varlıq

Jj

Jj

je

Jalə

Yy

Yy

ye

Yaylaq

Kk

Kk

ke, ka

Kəskin

Zz

Zz

ze

Zingilti


*QEYD: Dilimizdə iki hərflə: Ğğ hərfləri ilə söz başlanmır.

FONETİKA

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səs­lər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edireşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görüryazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:

1.  Səslilər(Ünlülər-Saitlər),
   2.  Səssizlər(Ünsüzlər-samitlər).

Səslilər ağız boşluğunda sərbəstmaneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .

Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Səslilərin bölgüsü

Dilimizdə 9 səsli səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə səslilərin aşağıdakı üç bölgüsü var:

1. Dilin arxaön hissəsində deyilməsinə (dilin üfüqi durumuna) görə:
Qalın səslilər (dilarxası): [a], [ı], [0], [u].
İncə səslilər (dilönü): [ə], [i], [ö], [ü], [e].

2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (ağız boşluğunun vəziyyətinə) görə:
      Qapalı səslilər (dar): [ı], [i], [u], [ü].
      Açıq səslilər (gen): [a], [ə], [o], [ö], [e].

Qapalı səslilərin teleffüzünde alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar səslilər də deyilir). Bu səsliləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çı, ­çi, -çu, -çü; -lıq, -lik, -lııq, -Iük və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı səslilər iştirak edir. Açıq səslilərin tələf­füzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen səslilər də deyilir).

3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan səslilər: [o], [ö], [u], [ü].
Dodaqlanmayan səslilər: [a], [ə], [ı], [i], [e].

Dodaqlanan səslilərin teleffüzündə dodaqlar bir qədər irəliyə gəlir dairəvi şəkil alır. Dodaqlanmayan səslilərin tələffüzündə isə bu hal baş vermir.

Səsli səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:


 

Açıq

Qapalı

 

Qalın

İncə

Qalın

İncə

Dodaqlanmayan

a

e, ə

i

i

Dodaqlanan

o

ü

u

ü


Cədvəldən göründüyü kimi, hər bir səslinin üç növü var. Məsələn: [a] səslisi qalın, açıq, dodaqlanmayan: [ü] səslisi incə, qapalı, dodaqlanandır.

Səslilərin üç bölgüsü olduğu üçün onların qarşılaşdırılması da aşağıdakı 3 cədvəldə olduğu kimidir:

              I.     Qalın səslilər: [a], [ı], [o], [u]
İncə səslilər: [ə], [i], [ö], [ü]

           II.     Açıq səslilər: [a], [ə], [o], [ö]
Qapalı səslilər: [ı], [i], [u], [ü]

        III.     Dodaqlanan səslilər: [o], [ö], [u], [ü]
Dodaqlanmayan səslilər: [a], [ə], [ı ], [i ]

[e] səsinin taleffüzündə dil neytral vəziyyətdə olur, buna görə də onun heç bir qarşılığı yoxdur.

Şəkilçilərdə yalnız a, ə, ı, i, u, ü səsliləri iştirak edir.

Bəzi səslilərin uzun tələffüzü

Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi səslilər bir qədər uzun tələffüz olunur.

Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, şölə, şöbə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələf­füz olunur.

Bəzi sözlərdə [i], [u] və [o] səsliləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i:] səslisi; Füzuli, musiqi, xüsusi sözlərində [u:] səslisi uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o:] səslisi uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v səssizi (bəzən də n səssizi) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələf­füzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə].

Dilimizdəki [ı][ü] səsliləri isə uzun tələffüz olunmur.

Səssiz səslərin növləri

Səssizler səs tellərinin iştirakına görə iki növə bölünür:

1. Kar səssizlər
2. Cingiltili səssizlər

Kar səssizlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.

Cingiltili səssizlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydənavazdan ibarət olur.

Dilimizdəki cingiltili və kar səssizlərin çoxu cütlük təşkil edir:
Cingiltili səssizlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y],   [g], [c], [l], [m], [n], [r], -
Kar səssizlər:       [p], [k'], [f], [x], [t],  [ş], [s], [x`], [k], [ç],  -     -      -     -   [h]

[1], [m], [n], [r] cingiltili səssizlərinin kar qarşılığı, [h] kar səssizinin isə cingiltili qarşılığı yoxdur.

[m][n] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna: görə həmin səssizlərə burun səssizləri deyilir.

Dilimizdə 25 səssiz səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] səssizinin kar qaşılığı) və ipək, çiçək, məktəb sözlərindəki [x`] səssizini (cingiltili [y] səssizinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yox­dur. Bu iki səs elifbamızda kənd, türk, şəkil sözlərindəki [k]' səsini (cingiltili [g] səssizinin kar qarşılığını) ifadə edən "k" herfi ilə göstərilir. Buna görə də dilimizdəki səssiz səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.

Dilimizdə 34 səs, 32 hərf var.

Ahəng qanunu

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz; Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(İşıq, ilan, ilğım, iıı am, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.

Ahəng qanunu kökşəkilçi arasında daha möhkəmdəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm ve dəyişməz 0lur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu özəlliyinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonotikanı bir­ləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.

Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır.

Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

پاسخ ها

ترتیب پاسخ ها : از اولین پاسخ
بابک آرازاوغلو . , baybakarazoglu
1
Salamlar olsun bütün siz əziz dostlara,
sizin dəyərli görüşlərinizi bu yazı və onun davamı üçün gözləyirəm.

Sağ qalın, Sağ yaşayın
BayBək ARAZOĞLU
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.