userinfo close

  ,

تورك قیز اغلان


azari_girls_and_boys

تاسیس: 4 آذر 1384  پروفایل کلوب
مدیر کلوب: سارای خان چوپانین نازلی نیگاری - معاونان
یاشاسین بوتون تورک قیزلار و اوغلانلار
 

لیست بحث ها

  عناوین بحث ها ارسال کننده پاسخها بازدید بروز رسانی اولویت
475
1977
91/2/23 (16:37)
8
72
91/2/5 (23:01)
64
749
88/1/18 (10:51)
101
822
91/3/2 (21:24)
0
1
91/3/8 (00:27)
619
2836
91/3/5 (20:29)
2
19
91/3/5 (20:24)
25
187
91/3/5 (17:04)
98
328
91/3/3 (13:23)
14
67
91/2/30 (11:15)
2
2
91/2/23 (21:31)
75
502
91/2/5 (23:39)
10
40
91/2/5 (23:38)
9
56
91/2/5 (23:35)
76
323
91/2/5 (23:33)
522
2112
91/2/5 (23:32)
26
106
91/2/3 (11:22)
0
8
90/11/30 (06:14)
0
15
90/11/8 (16:59)
145
604
90/10/18 (19:01)

عنوان بحث

م س , tansu5
م س - 10:28 1386/11/4

Hekayeler

Salam butun dostlar
 
Galin bu topicda gozal hekayeleri yazag

  • ارسال پاسخ

پاسخ ها

ترتیب پاسخ ها : از اولین پاسخ
ییلماز یورولماز , gece
22

 

بیر کیشی یاری گئجه آراباسی کؤرلانیر. گؤرور یاخینلیقدا بیر کلیسا وار. گئدیر کلیسانین قاپیسینی دؤیور. بیر راهب قاپینی آچیر. کیشی راهبه دئییر:

منی بیر گئجه لیک بوردا قوناق ائده بیلرمی سیز؟

راهب اونو ایچریه چاغیریر و او گئجه اونا یاخجی یئمک لر وئریب و آراباسینی قوشورلار. آنجاق گئجه یاریسی بیر یئکه سسله یوخودان دیسکینر. سسین ندن اولدوغونو باشا دوشمور. سحر راهب دن سوروشور :

گئجه ده کی سس هاردان ایدی؟

راهب جواب وئرر:

سنه دئیه بیلمریک چونکو سن راهب دئییلسن!!!

کیشی ساغوللاشیب یولا دوشور. نئچه ایل بو اتفادقدان سوغوشور.

آما بیر گئجه یئنه اونون آراباسی همن یئرده کورلانیر. کیشی همن کلیسایا گئدیب و گئجه نی اوردا یاتیر و یئنه ده همن سسی ائشیدیر.

دا دایانا بیلمه ییب ائله یاری گئجه راهب لرین بیرینی آییلدیب و سسین ندن و هاردان اولدوغونو سوروشور

راهب یئنه جواب وئریر:

اونون ندن اولدوغونو سنه دئیه بیلمریک چونکو سن راهب دئییل سن.

کیشی چوخ پرت اولور، نهایت بو قرارا گلیر کی راهب اولوب و سسین ندن اولدوغونو باشا دوشسون.

سوروشور من نئجه راهب اولا بیلرم. راهب جواب وئریر.

راهب اولماغین تکجه شرطی بودر کی بیله سن یئرین اوزو نئچه قارینج دیر.

کیشی کی سؤزونده کسینلیکله دورموشدو، او گوندن اعتیباراً ایشینی گوجونو بوشلاییب و یئرین نئچه قارینج اولدوغونو قارینجلا ییب و اولچور. نهایت 45 ایل دن سونرا یئری قارینجلاییب و گلیر همن کلیسایا و دئییر ایندی من راهب اولموشام، و سیز منه دئیین او گئجه ده کی سس ندن ایدی.

راهب اوندان سوروشور کی یئر اوزو نئچه قارینج اولدو

کیشی جواب وئریر

یئرین اوزو دوز 192,124,32... قارینج دیر. راهب جواب وئرر دوزدو. ایندی سن راهب سن و سسین هاردان اولدوغونو بیله بیلرسن.

راهب کیشینی بیر قاپینین آغزینا آپاریب و دئییر "سس او قاپینین دالیسیندان گلیر. " کیشی قاپینین آچارینی ایستیر. راهب قاپینین آچارینی وئریر.

کیشی قاپینی آچیب گؤرور، بیر دام وار کی ایچریده بیر دمیر قاپیلی اوتاق وار. کیشی راهب دان اورانین دا آچارینی ایستیر. راهب آچاری وئریر اونا، آنجاق کیشی قاپینی آچاندا گؤرور بو دفعه او اوتاغین ایچینده بیر میس قاپیلی اوتاق وار. کیشی یئنه اورانین آچارینی راهب دان ایستیر. راهب دئییر آل بو دا سونونجو آچار. کیشی میس قاپیلی اوتاقی آچیر و اوردا عجیب بیر منظره گؤرور

آنجاق من سنه دئیه بیلمرم کیشی نه گؤروب اوردا

آخی سن راهب دئییلسن کی!!!

یاغمور یاغار , yagmur07
یاغمور یاغار - 01:26 1388/06/16
21

Niyə mən nə deyirəm  “ kəndimizin hikayələri 5”

 

 

Bizim kəndimizdən çoxdandır yazmıram.

 

Istirəm genə oradan tərifliyəm. Gedib Finlandıyanı gəzib dolndəm sevdim ancaq bizim kənd bir başqadır 1.gif

 

Kəndimizdə 30 dükan varımış. Türkyədən dəvələrlə yük gətirib alış veriş elərmişlər.

O rada olan kəndlərdən , Danalıdan, Xoydan, Həndəvardan, Çəmənlidən, Ağ bulaqdan, Hasından, Qərə təpədən, Tərəkəmədən, .... gəlib neçə gün qalarmışlar orada alış veriş üurtulanda dönərmişlər.

 

Bizim kəndin bir çox dəyirmanı varımış 8 dənə babam saylaşdırdı. Hamısı su dəyirmanıydılar. Türkyədən dağlardan aşan sular, çayların suyu oları döndürərmiş. Hər yerdən buğdaları yükləyib gətirib orada döyüb un edib apararmışlar.

 

Kışları Aşıqlar gəlib başlarmışlar oranın qəfəsində bir nağılı oxumayı, hər gecə 10 dan 12 yə . çaıb söylərmişlər. Bu nağıl bir kışı sürərmiş. Yaza yaxın qurtularmış.

 

Bizim kəndin çoxlu ağızlara düşmüş sözləri var.

 

Biri də budur:  “ niyə mən nə deyirəm”

 

Bunun bir gözəl hikayəsi var.

 

Kəndimizə girə yolun başlanqıcında, yolun sağında 3 yan ba yan yer varımış.

Birinci yer, Dr. Nədimin. İkinci yer məşdi Həmidin. 3üncü yer də Yədonun.

 

Dr. Nədimin yerini Abı adda bir adam saxlarmış, yetişərmiş. Bu adam çox güclü boynu yoğun olduğuna görə ona satışan olmazdı.

Ancaq Yədo bir fağır, səssiz çox yaxcı adamımış.

Nəysə. Məşdi Həmidin bir çox mal davarı varımış bir dənə də Atı. Bu Atını özüylə yerə aparıb onu otarmaya ötürərmiş Yədonun yerinə.

 

Yədo bunun üstündə çoxlu Məşdi Həmidlə savaşarmış ancaq Məşd Həmin bunu danırmiş.

Bir gün kəndin ağ saqqalları yığışır bu iki əkincinin sorunlarını çözsün.

Gedirlər Yədonun yerinə. Orada genə Yədo Məşdi Həmidin Atının onun yerində otarmasın deyir ancaq Məşdi Həmin genə də hamının yanında belə bir şeyin olmasını Danır.

Yədo herslənir bu danmağa başlır Məşdi Həmidi söyməğə, kəndlilər onu danlıyıb nədən belə deyirsən deyərkən,O da elə orada qıçının Yanında yerdə olan bir Təsi “At Təsi” görsədir deyir,: “ niyə mən nə deyirəm, deyirəm yalançının ağzına bu Təs” . 1.gif

 

Bu niyə mən nə deyirəm olub bir məsəl düşüb ağızlara.


ییلماز یورولماز , gece
20

 

بیر گون بیر بالتاچی( مشه دن اودون یاریب گتیرن) مشه ده بیر آسلان گؤرور. آسلان بالتاچی یا دئییر: گل منه قوناق اول.

بالتاچی قبول ائدیر و بیرلیکده اوتورورلار خانین دورسینه. یئمک یینده بالتاچی گؤرور اسلانین آغزیندان ایی گلیر، آسلانا دئییر:

 اصلان بی سنین آغزیندان ایی گلیر. بیر آز او یانلیق دور. بو سؤز آسلانین اوریینه دییر.

دوروب بالتاچی یا دئییر:

 گؤتور بالتانی و وور منیم باشیمدان.

کیشی قورخور. دئییر

 نیه ووروم آخی؟

اصلان غضبلی دئییر :

 وور یوخسا سنی بوردا ییه جیم.

بالتاچی ناچار دورور بالتاسینان وورور آسلانین باشیندان. بالتا آسلانین باشینی یاریر و قان آسلانی گؤتورو. کیشی قورخور و دوروب قاچیر.

نئچه ایل بو ایشدن کئچیر و کیشی آسلانی داها مشه ده گؤرمور.

تا بیر  گون بالتاچی مشه ده آسلانی بی داها  گؤرور. بیر آز قورخور.

آسلان بالتاچی یا یاخینلاشیر و سوروشور

 ندن قورخورسان؟

کیشی دئییر:

 آخی سنین باشینی یارمیشدیم.

آسلان دئییر:

 گل باخ گؤر باشیمدا یارانین یئری قالیر می؟

کیشی باخیر گؤرور ائله بیل باشی هئچ یارالانماییب.

آسلان دئییر:

 او بالتا یاراسی ایدی توختادی. آنجاق سنین منه دئدیغین سؤزون یاراسی هله قلبیمدن سیلینمه ییبدر.

 

www.gece.blogfa.com

 

 

سهند هشتریلی , h_safari
سهند هشتریلی - 18:43 1386/12/8
19

یدی قارداش  ناغیلی

 

بیر ائل آغ سققالی­نین بویا باشا چاتمایان یدی اوغلو واریدی. اوزوده قوجالمیشدی. الی ده قیلینج توتمورموش. یاغیلار فرصتی دالا ورمیر ، تز تز باسقین ائله ییب ائلی تالاییر میشلار.

گونلرین بیر گونو یاغیلار گنه هجوم ائله ییرلر. یئدی قارداش قوشون ییغیب اونلارین قاباغینا چیخیرلار. اما نچه ایلین قان توکن یاغیلاری قوشونو داغیلدیرلار. قارداشلار گورولرکی قوشون باسیلدی یاغیلار توکولوب کندی تالایاجاقلار. اوزلرین گویه توتوب تانریا یالواریرلار کی بیزلری کئچیلمز داغا دوندور یولو کسک کی یاغیلار ائله سوخولماسینلار. قارداشلار داغا دونورلر. ائل او داغا یئدی قارداش داغی آد وریر.

 

 

قارا ندیر ، آغ ندیر ؟

باغچا ندیر ،باغ ندیر؟

منه دئییر گورن لر

سینن اوسته داغ ندیر

Altay Karahanlı , altaymanas
Altay Karahanlı - 17:39 1386/11/27
18

tıp fakültesini yeni bitirmiş,pratisyen hekim olarak ilk görev yaptığım yere,konya'ya bağlı bir beldenin sağlık ocağına gitmiştim.küçük bir beldeydi gittiğim yer.

İlk gece bir eve misafir olmuştum.tren istasyonunun hemen yanında bir evdi.akşam yemeğinden sonra çaylarımız gelmiş,sohbetler edilmişti.üzerimde yol yorgunluğu,geldiğim yeni yerin yabancılığı vardı.saatler ilerliyor,ağır bir uyku beni içine çekiyordu.ev sahibine birşey de diyemiyordum.bir müddet daha geçti,yine bir hareket yoktu.evin büyüğü olan hacı anneye sıkılarak:"anneciğim,sizin buralarda kaçta yatılıyor?" dedim.

hacı anne:"evladım treni bekliyoruz.az sonra tren gelecek, onu bekliyoruz" dedi.merak ettim,tekrar sordum:"trenden sizin bir yakınınız mı inecek?"

hacı anne:"hayır evladım,beklediğimiz trende bir tanıdığımız yok.ancak burası uzak bir yer.trenden buraların yabancısı birileri inebilir.bu saatte, yakınlarda,ışığı yanan bir ev bulmazsa, sokakta kalır.buraların yabancısı biri geldiğinde, "ışığı yanan bir ev"
bulsun diye bekliyoruz.

konya ovasın'da,yada bir başka yerinde türkiye'nin,trenden inen yabancılar için "ışığı yanan evler"
yerinde hala duruyor mudur?yabancılar, yorgun bedenlerini yün yataklarda dinlendirmeye devam ediyorlar mı?aç bir köpeğin önüne bir kap yemek bırakan kadınlar yaşıyorlar mı?kuşlara yuva yapan mimarlar sahi şimdi neredeler?bu güzel insanlar, atlarına binip gitmişler.bizler, atlarına binip giden güzel insanlara sahip bir medeniyetin yetimleriyiz.çekip gidenlerin doldurulmamış boşluklarında savrulup duran yoksullarız.

şair öyle diyordu:"güzel insanlar,güzel atlara binip gittiler."
şimdi bu güzel insanlar,neden ve nasıl atlarına binip gittiler? onları ne yıldırdı da bir daha dönmemek üzere,sessiz sedasız gittiler? ey güzel yurdumun güzel insanları! neredesiniz...?

savalan S2S , osahand
savalan S2S - 10:16 1386/11/21
17



Ana sevgisi

   Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə “Eeee sənin ananın ancaq bir gözü var!” dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, “məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!” Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim. Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona “evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə “bağışlayın, düzgün adresə gəlməmişəm” dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:
  
“Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən... Sən hələ uşaq ikən qəza keçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim... O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə... ANAN...”

 

 

 

 

savalan S2S , osahand
savalan S2S - 12:04 1386/11/17
16

Sag olun butun dostlar icazaznan man da burda hekaye goyacam .

م س , tansu5
م س - 22:59 1386/11/16
15

 

 

TUT ƏLİMİ


Bir molla çaya düşüb batırdı. Kǝnarda olanlar mollaya

deyirdilǝr: «Molla, ver ǝlini, tutub sǝni çıxardaq!» Molla isǝ

ǝlini uzatmayıb suda çabalayırdı. Dünyagörmüş bir kişi

onlara dedi

Jamaat, molla tayfasının vermǝklǝ arası yoxdur, onlar

almağa öyrǝniblǝr. Deyin ki, tut ǝlimi, o da ǝlini uzadıb

qamarlasın

Odur ki demişlǝr:

Al, molla! – Ey. Vallah

Ver, molla! – Əstǝğfürullah




 

 

savalan S2S , osahand
savalan S2S - 23:22 1386/11/13
14

   


Həyat qəribədir. Amma onun qəribəliklərini biz başa düşmürük. Bəzən əlimizdə ki xoşbəxtliyi görmürük onun dəyərini isə itirəndən sonra bilirik. Amma artıq gec olur.
Ayan dükanda satıcı işləyirdi. Bir gün dükana gələn cavan bir oğlan yolu azdığını söylədi. Mən buradan necə çıxa bilərəm??? Siz hara getmək istəyirsiniz??? Mən dənizə getmək istəyirdim amma yolumu azdım. Bu döngəni keçin düz gedin yolun sağ tərəfində bazar yazılıb oradan sola dönün. Çox sağ olun xanım çox minnətdaram. Adım Nihatdır. Bəs sizin??? Sağ olun deyə Ayan cavab verir. Adının gizli qalmasını istəyən qız ona adını demək istəyirdi amma nədənsə demədi. Səhəri gün isə gələndə yenə o oğlan dükanın qarşısında durmuşdu. Əlində olan bir dəstə qırmızı gül ilə. Qız onu görəcək özünü itirdi amma nə deyəcəyini bilmədi. Mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Xahiş edirəm bunu mənə çox bilməyin. Bəli onların tanışlığı belə başladı. Ayan özünü yuxuda hiss edirdi. Ona elə gəlirdi ki, o yuxu görür. Axı ola bilməz mən necədə xoşbəxtəm. O uşaq vaxtı ana və atasını itirmişdi özü də nənəsi ilə yaşayırdı. Ehtiyac üzündən işləyirdi. Amma Nihat çox varlı, adlı sanlı bir ailənin oğlu idi. Nihat ilk dəfə idi ki, özünü belə xoşbəxt hiss edirdi. Sanki həyatın mənasını Ayanda görürdü. Hər gün səhər gül dəstəsi ilə Ayanı qarşılayırdı. Və nəhayət o özünü toplayıb Ayana onu sevdiyini dedi. Beləliklə də onlar ailə həyatı qurdular. Hər şey nağıl kimi idi. Onların hər günü sevinclə keçirdi. Günlərin birində Ayanın aldığı xəbər onu çox sarsıdır. Ayan heç vaxt ana olmayacaq. Bunun çarəsi yox idi. Ayan hər günü üzüntü içində keçirirdi. Amma nə etməli olacağa çarə yoxdur. Buna baxmayaraq Nihat hər gün ona deyirdi Ayan mən səni sevirəm əsas budur. Qismət bu imiş. Allah nə qoyubsa o da olacaq. Heç ürəyini sıxma o qədər ana sevgisindən məhrum uşaqlar var. Sən öz analıq sevgini onlardan birinə verərsən!!! Beləcə illər keçdi. Nihat iş üçün başqa ölkəyə yollanmalı idi. Onlar dəniz kənarında gəzirdilər. Ayanın gözü dəniz kənarındakı ağ evə sataşdı. Evin önündə satılır yazılmışdır. Ayan Nihata bu evi almağı təklif etdi. Nihat: səbr elə sevgilim mən qayıdanda alarıq. Sən isə o ev barəsində yaxşı-yaxşı planlar qur. Səhəri gün Ayan Nihatı yola salır. Onu bərk-bərk qucaqlayıb yola salandan sonra onun arxasınca baxırdı. Nədənsə ürəyi sıxılırdı. Birdən Nihat deyə Ayan çağırdı. Onun arxasınca qaçıb ona elə bərk sarıldı ki, sanki ürəyi yerindən qopsun. Ayan ağlamağa başladığı anda onun axıtdığı göz yaşlarını Nihat sildi və cavabında, ağlama mən gələcəyəm söz verirəm və o dəniz kənarında ki ağ evi alacağıq. Ağ evin önündə isə bir restoran açacağıq. Bir uşaqda götürərik. Hər şey yaxşı olacaq. Sağ ol ürəyim deyib yola düşdü. Ayan günləri sayırdı. Amma Nihat hələdə ona zəng etməmişdi. Bir gün Nihat zəng etdi. Nihatın soyuq danışığı onu çox sarsıtdı. Nihat sənə nə olub?
-Heçnə. Nə olmalıdır ki??
-Bəs bizim dəniz kənarındakı planlarımız?
-Sənə nə olub Ayan sən elə pul xərcləməyi bacarırsan. Səbr elə dedim axı və sağ ol deyib Ayanın sözünü dinləmədən dərhal dəstəyi asdı. Ayan çox sarsıldı. Sanki yuxu görürmüş kimi düşünməyə başladı. Öz-özlüyündə özünü günahkar sandı. Səhərisi gün rəfiqəsi onun qonağı oldu. Ayan səninlə danışmalıyam. Nihat zəng etmişdi.
-Hə?! Nə dedi???!
-Bilmirəm hardan başlayım!
-O daha dönməyəcək!
-Sən dəli olmusan ???!
-Yox sadəcə orada onun başqa biri ilə olduğunu bildim!!!
Sən yalan deyirsən deyə Ayan onu dərhal evdən qovdu. Bütün gecəni səhərə qədər yatmadı. Nihata zəng etmək istədi. Amma Nihat ona nə nömrə, nə də ki adresini vermişdi. Ayan bütün həyatını yada saldı və ağlayaraq mən həqiqətən də yuxu görürmüşəm deyə səhərə qədər sayıqladı. Səhər Nihat zəng etdi
-Nihat əzizim nə vaxt gəlirsən?
-Sən yenə başladın ?
-Demişəm axı işlərim qurtaranda
-Nihat mənə yalan demə
-Ayan bəsdir mən artıq səndən bezmişəm!!!
Sağ ol belə deməmiş dəstəyi asdı. Ayan sanki artıq dəli olurdu. 3 ay keçdi. Hər günü zəhər olmuşdu Ayanın. O hətta neçə dəfə özünə qəsd etmək belə istəmişdi. Amma yalnız və yalnız ümidi onu yaşamağa vadar edirdi. Qapı çalındı. Səhər tezdən Ayan qalxıb qapını açdı. Bu onun rəfiqəsi idi.
-Niyə gəlmisən yenə onun başqasını sevdiyini deməyə?!
-Ayan məni dinləməlisən! Məni dinləməsən də heç olmasa bu zərfi oxu.
Ayan zərfi alıb oxumağa başladı.
    Salam mənim əzizim Ayan. Təəccüblənmə bu mənəm Nihat. Bağışla məni. Mən səni bu 3 ayda çox hirsləndirdim. Sənin xətrinə belə dəydim. Mən istəmirdim sən mənim necə əzab çəkdiyimi görüb üzüləsən. Mənim axırıncı müayinəm pis çıxdı. Mənim başımda ki ağrıları xatırlayırsan. Onlar məndə xərçəng xəstəliyinin əlaməti imiş. Məni bağışla sevgilim. Mən sənin üzülməni istəmirdim amma mən sağalacağıma ümid edirdim. Bu gün oktyabr ayının 5-dir. Yəqin ki, sən bu məktubu oxuyanda mən artıq həyatda olmayacağam. Amma hər halda zərfin içindəki açarları götür. O həmin o ağ evin açarlarıdır. Orada restoran açarsan. Bir də yadından çıxmasın ki, sən yaşamalısan. Mən səninlə olacağam. Əlvida mələyim.
    Məktubu oxuyacaq Ayan sanki yuxudan ayıldı. Ola bilməz deyə qışqırmağa başladı. Ayan rəfiqəsinin bu sözlərinə inanmayaraq mən Nihatın yanına gedirəm dedi. Rəfiqəsi isə cavabında Ayan, o artıq həyatda yoxdur, onun ailəsinə də xəbər ver!!!
    Beləcə illər keçdi. İndi dəniz kənarındakı, ağ evdə tamam başqa bir sevinc var. Bu gün Ayan uşaq evindən götürdüyü oğlu Nihatın ad gününü qeyd edir. Tez-tez dənizə tərəf gedib öz özünə nəsə danışır və sanki o başını kiminsə çiyninə qoyur. Bilmək olmaz dünya qəribədir. Bəlkə də o Nihatla birgədir



فرزاد آراتالی , janavar
فرزاد آراتالی - 15:17 1386/11/9
13

Kicik bir tebessum


 

Qemli birisi yolla gederken, qarshisina cixan kicik bir qiz ona gulumsedi. Bu gulumseme o adamin ozunu daha yashi hiss etmesine sebeb oldu. Bunun tesiri altinda yaxin kecmishde ona yardım eden bir dostuna teshekkur etmediyini xatırladı.

Hemin deqiqe bir mektub yazib yolladi. Dostu bu teshekkurden o qeder xoshhal oldu ki, her gunorta yemek yediyi kafedeki ofisant qiza 100 dollar "cayevoy" verdi. Ofisant qız ilk defe bele bir bexshish alırdi. Axsam eve gederken, qazandıgı pulun bir hissesini her gun tinde oturan kasib bir insana verdi.

Bu insanin gozlerine ishiq geldi. Iki gundur yemek yemirdi. Ilk defe doyunca yedikden sonra, bir binanin icindeki padval evine dogru fit cala-cala gedirdi. Ele sevincliydi ki, bir budaq altinda titreyen it balasini gorub qucagina aldi. Kicicik it balasi gecenin soyugundan qurtuldugu ucun xoshbext idi.

Isti otaqda sehere qeder o yana-bu yana qacdi. Gece yarisindan sonra binani qara duman aldi. Yangin var idi. Dumanı iyleyen kucuk ele hurmeye basladi ki, evvelce kasib kishi oyandi, sonra butun bina ayaga durdu. Analar, atalar ovladlarini da goturub tez bir zamanda ashagi dushduler.

Butun bunlarin hamisi, 1 qepik bele xerclenmeden yaranan TEBESSUMun neticesi idi.

HER ZAMAN GULUMSEYIN. KIM BILIR, BELKE SIZ DE KIMINSE HEYATINI BIR TEBESSUMLE XILAS ETDINIZ

م س , tansu5
م س - 14:26 1386/11/9
12



ABBASINI ÖZÜN AL

Birisi keçǝlin boynuna bir sillǝ vurmuşdu. Keçǝl qazının

yanına şikayǝtǝ getdi. Sillǝ vuran adamı tapıb gǝtirdilǝr. Qazı

kitabını açıb bir qǝdǝr vǝrǝqlǝyǝndǝn sonra keçǝlǝ dedi

Boynunun ardında sillǝnin yeri qalmadığı üçün ondan

bir abbası ala bilǝrsǝn

Bu söz keçǝlin xoşuna gǝlmǝdi. Dikǝldi vǝ qazının

boynuna bir sillǝ vurub dedi

 Mǝn tǝlǝsirǝm, abbasını ondan özün al

 

بامسی بئیرک , beyrek
بامسی بئیرک - 21:34 1386/11/8
11
 

Çox sağolun uşaxlar gözəl və mənalı hikayələr qoymusuz.

 

Buna baxmayaraq ki sevgini gizlətmək olmaz ,dil deməsədə gözlər yalan söyləməz və onu faş edər, Məncə biri birini sevərsə onu dilə gətirməlidir.

Məhhəməb bəyin hikayəsidə çox ürək kəvrədən hikayədir. Sevən sevgisində canını verəcək qədər sadıq olur. Öləndən sonrada bu sevgini yaşatır. Eşq olsun həqiqətən sevənlərə.

Tansu xanim son yazisinda sevgi hikayələrə son qoyub və gözəl xalq hikayələrindən gətirir. Bu hikayələrda dərin düşüncə yaşayır

 

 
م س , tansu5
م س - 08:59 1386/11/8
10



Selamlar butun d0stlara

Sevgi maciralardan s0nra . isteram bir necha azerbaijanin hekayelerindan g0yam

Butun d0stlarimdan Saray Xanim , Bamsi Bay, Sahand Bay va Mahammah Xan sag 0lun . shad galin va azad yashayin


MOLLA KİTABDAN KİTABA SALAR


Bir kişinin inǝyi itmişdi, axtara-axtara deyirdi

 İlahi, elǝ et ki, inǝyim nǝ mollaya, nǝ dǝ seyidǝ rast

gǝlmǝsin

Bunu eşidǝn bir nǝfǝr soruşdu

 Qardaş, bu nǝ sözdür deyirsǝn?! Nejǝ yǝ'ni mollaya

rast gǝlmǝsin

İnǝyi itǝn kişi belǝ javab verdi

- İnǝk kimǝ rast gǝlsǝ, hǝmin adam allahdan qorxajaq

soraqlaşıb özümǝ qaytarajaq. Amma molla tayfası onu

kitabdan kitaba salıb halal elǝyǝjǝk vǝ qaytarmayıb yeyǝjǝk

Seyid olsa, lap pis. Deyǝjǝk: Jǝddi göndǝrib

 



محمد ن , 1mohammad1
محمد ن - 19:54 1386/11/7
9
 Hüznlü sevgi

Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı. Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbin sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verəcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək lazım idi. Gənc qızın xəstəxana otağında həyatı günü-gündən solurdu. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölümü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenə də əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb amma onu ölüncə sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələri bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə bilərdiki. Amma olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililərin arasına pul, var dövlət girib onları ayıra bilmişdi. Amma indi var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq??? Bu son günlərində, sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi. Amma hər gün həsrət çəkmiş ürəyini kimsəylə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu il müddətində sevdiyi oğlan... Kim bilir bəlkə də evlənmişdir. Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir zamanlar əllərinin, sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı. Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevdiyi yanında olsaydı qəlbi bu qədər yorulub, əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca əbədi olaraq gözlərini yuma bilərdi artıq. Yenə gözləri bulaq kimi çağlamağa başladı. Sevdiyini son dəfə görməmiş ölmək istəmirdi. Az da olsa ondan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi. Amma sevdiyi kim bilir kiminlə bərabər idi...! Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmişdi görəsən oğlan kiminlə bölmüşdü öz qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu. Üstünə bir ağırlıq çökdü. Onu düşünəndə hər dəqiqəsinin hüznlü keçməsi çətin gəlirdi gənc qıza. Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Kim bilir bəlkə də sevdiyi oğlan onu unudub artıq. Təkrar gözlərini açdı. Dərin bir düşüntü. Birdən qızın atası içəri girdi. Və qızına ürəyini vermək istəyən bir könüllü tapıldığını dedi. Qız bu xəbərə heç sevinmədi. Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri gözlərini əbədi olaraq yumdu və gənc qız cərrahiyyə əməliyyatı olundu. Əməliyyatdan 1 həftə sonra qız sağaldı. Amma dünya daha başqa gəldi qıza. Sanki nə isə əksik idi həyatından. Aradan aylar keçmişdi gənc qız artıq təmiz sağalmışdır. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrıyırdı. Bir dəfə görə bilsəydim deyə ürəyində danışdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə qəfildən güclənir və onu yuxudan oyandırırdı və bərk döyünürdü. Amma qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızıl gül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. Çünki o gül də gənc qızla gülüb ağlayırdı. Amma qız bu qızıl gülü sevdiyinə hədiyyə verəcəyinə and içmişdi. Bu gülü ona görə saxlayırdı. Birdən qapıları döyüldü qızın. Qız qapını açdı amma heç kim yox idi. Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı. Yavaşca gəlib zərfi yerdən götürdü. Bu an qəlbi həyəcanla döyülməyə başladı. Nə olduğunu başa düşmürdü qız. Zərfin üzərində nə ad nədə adres var idi. Qız zərfi açdı. İçindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Çünki sevdiyi oğlanın qoxusu var idi bu məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı:
Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra nə birini sevdim nə də birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şer yazdım. Hər gün yazdım, hər gün oxudum illərcə ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət etdim. Yuxuları haram etdim özümə. Sənsizliyin acığın gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haqsızlıq edə bilmədim. Və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Səndən uzaqlardaydım, amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxırdım, səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Amma məni görməyib təkrarən yuxuya dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il dönümüdür. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülü də yaddan çıxarma. Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim...
Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu və cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Amma qızın ürəyi döyünür. Aradan 20 il keçdi amma ürəyi döyünsə də qız ölüm yuxusunda xəstəxana otağında yatır,
sonsuza dəkdə yatacaq.

sayqilar taymaz

م س , tansu5
م س - 18:28 1386/11/7
8


Eger sevgini anlada bilmirsense,cekinirsense, oxu amma yarimciq qoyma hamisini oxu!!

 

9-cu sinifde oxuyurdum.Ingilis dili dersinde yanimda bir qiz otururdu.Ona sen menim en yaxsi dostumsan deyirdim.Amma men onun ipek kimi saclar?na bax?b onun menim olmagini isteyirdim...Amma o mene menim ona baxdigim gozle baxmirdi bunu bilirdim.Drrsdrn sonra kecrn drrsdr olmad?g? ucun mrndrn qeydlrri istrdi.Ona qeydleeri verende tesekkur etdi ve yanagimdan opdu.Onu sadece dost kimi istemediyimi bilmeesini isteyirdim.Onu cox sevirdim amma deye bilmirdim.Sebebini bilmirdim amma cox utanirdim.

10 cu sinifde oxuyanda telefonum caldi.Zeng eleyen o idi.O aglayirdi,sevginin nece ureyini sind?rdigini deyirdi.Meni evine cagirdi.Tek qalmaq istemediyini deyirdi.Men tebii ki,getdim.Divanda onun yaninda oturdum.Gozel gozlerine baxib onun menim olmagini isteyirdim.2 saatdan sonra Drew Barrymore’nin bir filmi basladi.Filme baxdiqdan sonra yatmaga qerar verdi.Her sey ucun mene tesekkur etdi ve yanagimdan opdu.

Onu sadece dost kimi istemediyimi bilmeesini isteyirdim.Onu cox sevirdim amma deye bilmirdim.Sebebini bilmirdim amma cox utanirdim......Mezuniyyet balindan bir gun evvel yanima geldi ve sevgilisinin xeste oldugunu dedi.Menim de birlikde getmeye sevgilim yox idi.7-ci sinifde bir-birimize soz vermisdik ki,eger bala getmeye sevgilimiz olmasa birlikde gedeceyik.Ve en yaxsi 2 dost olaraq bala bir yerde getdik.O gun cox gozeldi.Her sey yolunda idi.Geceden sonra onu evlerine qeder oturdum.Qapinin qabaginda ona baxdim,mene daha gozel gorundu.O da gozel gozleriyle mene gulumseyerek baxdi. Onun menim olmagini isteyirdim. O mene menim ona baxdigim gozle baxmirdi bunu bilirdim.....Mene heyatimin en gozel gununu kecirdim deyib yanagimdan opdu. Onu sadece dost kimi istemediyimi bilmeesini isteyirdim.Onu cox sevirdim amma deye bilmirdim.Sebebini bilmirdim amma cox utanirdim.....

Gunler kecdi ve mezuniyyet gunu gelib catdi.Butun gunu ona baxirdim.Diplomunu almaq ucun sehneye cixanda sanki havada suzen bir melek idi.

Onun menim olmasini isteyirdim...Amma o mene menim ona baxdigim gozle baxmirdi bunu bilirdim...

Eve getmemisden qabaq yanima geldi ve aglayaraq meni qucaqladi.Sonra basini ciynime qoyub,sen menim en yaxsi dostumsan deyib yanagimdan opdu. Onu sadece dost kimi istemediyimi bilmesini isteyirdim.Onu cox sevirdim amma deye bilmirdim.Sebebini bilmirdim amma cox utanirdim...

Aradan iller kecdi.Indi o qizin nigahini izleyirem.Beli o artiq evlenirdi.Onun basqa bir adamla evli olaraq yeni heyata girmeyini oz gozlerimle izleyirdim. onun menim olmagini isteyirdim...Amma o mene menim ona baxdigim gozle baxmirdi bunu bilirdim.Yeni heyata girmeden once yanima geldi,toyuma geldin deyib tesekkur etdi ve meni yanagimdan opdu. Onu sadece dost kimi istemediyimi bilmesini isteyirdim.Onu cox sevirdim amma deye bilmirdim.Sebebini bilmirdim amma cox utanirdim...

Iller cox tez gelib kecdi.Indi menim bir zamanlar en yaxsi dostum olan qizin tabutuna baxiram.esyalari yigisdirilanda mekteb illerinde yazdigi gundeliyi tapildi.Gundelikde oxudugum setirler bele idi:

“ONUN GOZLIRINE BAXARAQ ONUN MENIM OLMASINI ARZULADIM.AMMA O MENE MENIM ONA BAXDIGIM GOZLE BAXMIRDI,BUNU BILIRDIM.ONU SADECE DOST KIMI ISTEMEDIYIMI BILMESINI ISTEYIRDIM.ONU COX SEVIRDIM AMMA DEYE BILMIRDIM.S?B?BINI BILMIRDIM AMMA COX UTANIRDIM....KAS MENE BIR DEFE DE OLSUN SEVDIYINI DEYERDI...”

 

کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.