userinfo close

دانشگاه تبریز


tabrizuniversity

تاسیس: 6 بهمن 1383  پروفایل کلوب
مدیر کلوب: رِیحانه - معاونان
** برای ژاپن توقف معنا ندارد ** الزاما هرگونه نظر یا بحث که در این کلوب ایجاد میشود موا ادامه »
** برای ژاپن توقف معنا ندارد **


الزاما هرگونه نظر یا بحث که در این کلوب ایجاد میشود
موافق نظر تیم مدیریت نمی باشد . و هیچگونه مسولیتی در قبال آن ندارد .*

 
آصف جراح پور , asipoulika
آصف جراح پور - 10:15 1390/05/12

tap tapmaca


   ağ siçan qara siçan, biri yatar, biri açar. (gecə. gündüz).
   alçacıq boyu, acıdır suyu. (lampa).
   alçacıq dallı, yemişi ballı. (çilek). (çiyələk). (yertut).
   arxası dəri, qulağı dəri. (qaval).
   avludan(çalıdan) atladı, qonşuda yumurtladı. (qabaq)
   avuca dolar, evə sığmaz. (lampa, çirağ ışığı).
   bir atım var, çək toxdasın, soxyoxlasın. (başmaq).
   bir evdə iki ortaq, bir sarı, biri ağ. (yumurta).
   bir gəlin var, gəzdiyi dağlar bağlar, özü gülər, gözü ağlar. (bulağ).
   bir quşum var(il), on iki yuvası(ay), hər yuvada otuzdan yumurtası(gün), hər yumurtanın igirmi dörd balası(saat), hər balanın altmışlıq ayağı(dəqiqə), bu sözləri bilən tapar, bilməyənin ağzı açıq qalar.
   bir nəyim var gələn öpər, gedən öpər. (?).
   döğərək aran, altı boran. (döğərək aran: girdə meydan), . (ələk. un).
   dumanı tütər, yüküdə çəkər, balıq değil, dənizdə üzər. (gəmi).
   göy ipəkdir, iğnə batmaz, qeyçi kəsməz, dərzi tikməz. (göyüzü).
   gümüş yuvar, altın yuvar, biri balalı, biri tək danalı. (ay. gün)
   kiçicik baca, dolu yonğaca. (ağız. dişlər).
   kiçicik baca, dünyanı utar. (ağız).
   qaçar qaçar, qarnı doyar. (çəhrə iğdəsi).
   mən gedərəm, o gedər. (kölgə).
   öz qanın, özü əmər. (lampa).
   taxılsa gedir, açılsa durur. (ayaqqabı).
   yağa bassan pozular, daşa bassan qırılar. (güzgü).
   yazın geyinə, qışın soyunar. (ağac).
  aç desəm açılır, yap desəm qapılır. (qap desəm qapılır). (ağız).
   ağ papaqlı qoca, meşə içrə oturar. (qarlı kütük).
   ağ sandığım açılar, içindən ipək saçılar. (günəş)
   ağdı ama pənir değil, quyruğu uzun siçan değil. (turp). (tırp).
   ağıllıya desəm, dinləyib bilər, ağılsıza desəm, dinləyib gülər. (cəvab: bilməcə)
   anası yer, atası gün. (bitgi)
   arxasında ağzı var, tumşuğunda gözü var. (tumşuğ: üzdə burun ağız bölümü) . (dəğirman).
   boş gedib dolu gələr, dəbərtdikcə xoş gələr. (qaşıq).
   eşiyə(eşik: qapı) baxdım, deşiyə taxdım. (kilit. açar).
   əğri dala qar yağmaz. (qoç buynuzu)
   əl tutmaz, pıçaq kəsməz, ondan dadlı harda var?(yuxu).
   əllə yazılır, gözlə görünür, dillə oxunur. (pitik. kitab).
   əlsiz ayaqsız, qapını açar. (əllə tutulmaz, gözə görünməz). (yel)
   gecə açılar, günüz yapılar. (ay. ulduz)
   gecə boşalır, danda dolaşır(dolur. yüklənir). (yüklük).
   gecə girdi asılır(açılır), yarıq düşdü yaşınır. (ışıq düşdü gizlənir). (ay).
   gecə girsə qapalı göz, günüz girsə açalı göz. (gün).
   gecələri yuxunda görürsün, gündüzlərin arxasıcan yerirsin, bunu tap, tapmasan aclığından ölürsün. (pul. para).
   gedər gedər ucu yox, qat qat kəssən qanı yox. (gedib gedsən ucu yox, kəsib kəssən qanı yox). (yer)
   gedsən gedər, dursan durar. (kölgən)
   girdə topum suda oynar. (gün).
   göy gölüm var, iki yumuq(topum) içində, biri gündə üzər, cücəsi yox, biri tündə, cücəsi çox, tapa bildin durasın(yaşayasın), tapammadın öləsin. (göy. gün. ay. ulduz).
   göy ordu, göy orduda bol mıncıq, mıncıq içrə tombalay, tapdala ki tapasan, tapanmasan batasan. (ordu: alan. meydan. kəmp). (tombalay: tombal ay. girdə ay). (göy. ulduz. dolun ay).
   göy üzüm var, göy məndə. (göy üzlüyəm, çox geniş, gəzir gəmilər məndə) . (dəniz)
   göy üzündə yarım çörək. (yarım ay)
   göydə açıq pəncərə, qalaylı bir təncərə. (ay)
   göydə çaxmaq çaxar. (şişmək. ıldırım).
   göyə mıncıq səpdim, burulub evə qaçdım. (ulduzlar).
   gözə girər, gözə görünməz. (yel).
   güdə boylu, qara donlu. (badımcan)
   uzar uzar uz ağac, dallı budaqlı ağac, bir ucu qapıya bağlı. (yol)
99
کامنت بنویسید...
کلوب دات کام
کلیه محتوای این سایت توسط کاربران درج شده است و کلوب دات کام هیچ مسئولیتی نسبت به آن ها ندارد.